Müğənni Elnarə Xəlilova olub ARB TV-də yayımlanan "SözBaz" verilişinin qonağı olub.
Bizim.Media xəbər verir ki, müğənni toyunda geyindiyi gəlinlikdən danışıb:
"İndiki ağlım olsaydı belə geyinməzdim. O Gəlinliyimə baxıb yoldaşıma deyirəm ki, mən geyinmişdim, sən hara baxırdın? Deyirəm qoymazdın da elə geyinim. Bilirsiz mən stilistlə çalışırdım.
Gəlinliyimin də ideyasını o vermişdi. Əslində yuxarısı elə dekolitə, aşağısını isə paçka formasında nəzərdə tutmuşdu. Dedim mən səhnəyə çıxmıram, ərə gedirəm. Olar mən düz-əməlli paltar geyinim?".
Bizim.Media