Mərhum xalq artisti, keçmiş millət vəkili Mikayıl Mirzənin oğlu Mətin Mirzə Azərbaycanın İrandakı səfirliyində müşavir vəzifəsinə təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə “modern.az”a o özü məlumat verib.
Mətin Mirzə artıq vəzifəsinin icrasına başlayıb və bu günlərdə səfirliyin müşaviri kimi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İranda keçirdiyi görüşlərdə də iştirak edib.
Bizim.Media