Ağ Ev yeni tariflərin fevralın 1-dən Kanada, Meksika və Çin üçün qüvvəyə minəcəyini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt keçirdiyi brifinqdə bildirib.
Məlumata görə, Kanada və Meksika üçün tariflər 25 faiz qalxacaq. Çin isə hələlik 10 faiz rüsumla üzləşəcək.
Qeyd edək ki, ötən gün Kanadanın baş naziri Castin Trüdo ABŞ-ni tariflərin qaldırılacağı təqdirdə cavab tədbirləri ilə hədələyib.
Bizim.Media