Ülvi Quliyevdən acı etiraf: "Rəhbər olmaq maddi yükdən başqa bir şey deyil"

Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti, millət vəkili Ülvi Quliyev rəhbərlik etdiyi qurumun illik hesabatından əvvəl jurnalistlər üçün brifinq keçirib.

Bizim.Media prosport.az-a istinadən xəbər verir ki, 58 yaşlı federasiya prezidentinin müsahibəsinin tam mətnini təqdim edir:

– Son vaxtlar karateçilərimizdən – Rafael Ağayev, Fəridə Əliyeva narazılıq edir. Bu narazılıqlara federasiya prezidentinin münasibəti necədir?

– Bu barədə federasiya adından mövqe bildirilmişdi. Ancaq qısa olaraq bir neçə məqama toxunmaq istəyirəm. Media nümayəndələrindən xahişim odur ki, başlıqlarla intriqa yaratmasınlar. Hər kəs bilməlidir ki, idmanın bütün növü dövlət diqqət və qayğısı ilə əhatə olunub. Bu dəstək olmadan idmanın inkişafı mümkünsüzdür. Bunun üçün dövlət idmançıları mənzil, avtomobillə təmin edib, onlara ordenlər verilib. Həmçinin, dünya və Avropa çempionatlarında yer tutan idmançılarımız federasiya tərəfindən çox böyük məbləğdə mükafatla təmin edilib. Rafael Ağayev tək Azərbaycanda yox, dünya idmanı tarixində xüsusi imzası olan karateçimizdir. Biz onu yüksək dəyərləndiririk. Çünki onun nəticəsi, demək olar ki, dünyada nadirdir. Fəxrimizdir. Baxmayaraq ki, hazırda karate ilə məşğul olmur, biz onu keçmişdə olduğu kimi, gələcəkdə də dəyərləndirəcəyik.

Bir məqamı da qeyd edim. AKF və digər federasiyalar ictimai birlikdir. Hər ictimai birliyin büdcəsi dövlətin idman siyasətini həyata keçirən Gənclər və İdman Nazirliyinin maddi dəstəyindən və sponsordan formalaşır. Əvvəllər olsa da, hazırda AKF-in sponsoru yoxdur. Çalışırıq ki, bütün karateçilərə maddi və mənəvi dəstək verək. Karate bir ailədir. Bu dəstək olmayanda ailədən küsmək olmaz. Federasiyanın imkanları limitsiz deyil. Bəlli büdcəmiz var. Ona görə də bu məsələlər anlayışla qəbul olunmalıdır.

– İdarə Heyətində hansısa dəyişikliklər ola bilər?

– AKF-in hazırda rəhbəri mənəm. Sabah başqa biri ola bilər. Burada rəhbər olmaq maddi və mənəvi yükdən başqa bir şey deyil. Kim bu yükü çəkmək istəyirsə, hər zaman bu postu təhvil verməyə hazırıq. Bəzən federasiya prezidenti olmağı rahatçılıq bilirlər. Ancaq federasiya rəhbəri olmaq məsuliyyət və yükdən başqa bir şey deyil. Əvvəllər 18-ə yaxın karate federasiyası mövcud olub. İndi nazirlik tərəfindən tanınan 1 federasiya var, o da AKF-dir. "Bədən tərbiyəsi və idman haqqında" Qanunun 10.2-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının ərazisində 1 idman növü üzrə yalnız 1 ictimai birlik respublika idman federasiyası qismində akkreditasiya oluna bilər. 10.3-cü maddəyə əsasən, Respublika idman federasiyası statusunun verilməsi üçün onların dövlət akkreditasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı, yəni Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən olunur. Ədliyyə Nazirliyində federasiyalar qeydiyyatdan keçə bilər, ancaq Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən akkreditasiyası təsdiq olunmamış qurum federasiya kimi tanınmır. 36.2-ci maddədə isə "Müvafiq icra hakimiyyəti orqanı tərəfindən tanınmamış və idman növlərinin dövlət reyestrinə daxil edilməmiş idman növlərinin Azərbaycan Respublikası ərazisində təbliği və yayılması qadağandır" deyilir. Əvvəllər federasiya olmuş 18-ə yaxın ictimai birlik hazırda AKF nəzdində fəaliyyət göstərir. Ona görə də maddi və mənəvi baxımdan çətinliklərin çox olduğunu nəzərə almaq lazımdır. Ola bilər ki, işimiz vaxtı nöqsanlarımız da olub. Kənarda olan karateyə aid digər ictimai birlikləri də dəvət edirik ki, birgə fəaliyyət göstərək. Biz kimliyindən, nəticələrindən, statusundan asılı olmayaraq, onlarla əməkdaşlıq etməyə hazırıq.

– May ayında Ermənistanın paytaxtı İrəvanda idman karatesi (WKF) üzrə Avropa çempionatı keçiriləcək. Hansı ki əvvəl Bakıda keçirilməli idi. İrina Zaretskaya ilə söhbətdən belə başa düşdük ki, hələ maddi duruma görə idmançıların hansı yarışlara gedəcəyi dəqiq deyil. Bu maliyyə problemləri necə həll olunacaq?

– Ermənistanda olacaq Avropa çempionatı siyasi məsələdən asılıdır. Bunun üçün dövlət səviyyəsində qərar olmalıdır ki, biz orada təmsil olunaq. Bilirsiniz ki, sonuncü dəfə ağırlıqqaldırma üzrə Avropa çempionatında bayrağımıza qarşı hörmətsizlik edilmişdi. Ona görə də Ermənistanda iştirak edib-etməmək böyük sual altındadır. Amma ötən ilin sonunda 2025-ci il üçün yarış cədvəli nazirliyə təqdim olunub. Nazirliklə birgə məsləhət nəticəsində çalışacağıq ki, önəmli yarışlarda iştirak edək. Maddiyyatla bağlı şikayətlər hər zaman olub. İrina Zaretskaya da Azərbaycanı təmsil edir, hər zaman ona dəstək olmağa çalışmışıq. Ona dəstək də olacağıq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vəfa Şərifova məhkəmədə qalib GƏLDİ - Onu təhqir edən qadın CƏZALANDI

Vəfa Şərifova məhkəmədə qalib GƏLDİ - Onu təhqir edən qadın CƏZALANDI

İmişlidə kişi dəm qazından boğularaq həyatını itirib

İmişlidə kişi dəm qazından boğularaq həyatını itirib

Xaçmazda ana xəstəxanaya GETMƏDİ – Körpəsi ölü doğuldu

Xaçmazda ana xəstəxanaya GETMƏDİ – Körpəsi ölü doğuldu

Bakıda uşaq xəstəxanasında BİABIRÇILIQ - Sistem şlanqı tapılmadı, valideyn gecə aptekləri gəzməli oldu

Bakıda uşaq xəstəxanasında BİABIRÇILIQ - Sistem şlanqı tapılmadı, valideyn gecə aptekləri gəzməli oldu

“Gələn il Azərbaycanda vəkillərin sayı 3 mini ötəcək”- Anar Bağırov

“Gələn il Azərbaycanda vəkillərin sayı 3 mini ötəcək”- Anar Bağırov

Sabah Bakıya qar YAĞACAQ

Sabah Bakıya qar YAĞACAQ

İranda zəlzələ olub

İranda zəlzələ olub

“iPhone Fold” belə olacaq - FOTO

“iPhone Fold” belə olacaq - FOTO

Hindistanlı miqrantların Rusiyaya KÜTLƏVİ AXINI – Soydaşlarımızı nə gözləyir?

Hindistanlı miqrantların Rusiyaya KÜTLƏVİ AXINI – Soydaşlarımızı nə gözləyir?

Daha bir marşrut üzrə avtobuslar YENİLƏNİR

Daha bir marşrut üzrə avtobuslar YENİLƏNİR

Daha iki rayonda heyvan bazarları fəaliyyətə başlayıb – FOTO

Daha iki rayonda heyvan bazarları fəaliyyətə başlayıb – FOTO

Ağdərənin Vəngli kəndinə növbəti köç - FOTO

Ağdərənin Vəngli kəndinə növbəti köç - FOTO

Türkiyə bu tarixdə Ermənistanla sərhədi aça bilər

Türkiyə bu tarixdə Ermənistanla sərhədi aça bilər

Qurban Qurbanov onun satılmasını istəmir

Qurban Qurbanov onun satılmasını istəmir

Ebru Gündeşin keçmiş həyat yoldaşı SAXLANILDI - SƏBƏB...

Ebru Gündeşin keçmiş həyat yoldaşı SAXLANILDI - SƏBƏB...

Google istifadəçilərinə ŞAD XƏBƏR

Google istifadəçilərinə ŞAD XƏBƏR

ABŞ Milli Təhlükəsizlik Strategiyasını AÇIQLADI – Çinə sərt MESAJ

ABŞ Milli Təhlükəsizlik Strategiyasını AÇIQLADI – Çinə sərt MESAJ

Yorğunluqdan ciddi XƏSTƏLİYƏ – Daha çox gənclərdə müşahidə olunur

Yorğunluqdan ciddi XƏSTƏLİYƏ – Daha çox gənclərdə müşahidə olunur

Baş prokuror: “Azərbaycanın vəkillər institutunda xeyli inkişaf var”

Baş prokuror: “Azərbaycanın vəkillər institutunda xeyli inkişaf var”

"HəmÜrək" xeyriyyə yarmarkası keçirilib – FOTO

"HəmÜrək" xeyriyyə yarmarkası keçirilib – FOTO

Zırpaket satan daha 20 nəfər saxlanılıb

Zırpaket satan daha 20 nəfər saxlanılıb

Türkiyədə təyyarə qəzasında həlak olan generalların nəşi Liviyaya yola salınıb - FOTO

Türkiyədə təyyarə qəzasında həlak olan generalların nəşi Liviyaya yola salınıb - FOTO

Kiyevdə yaşayış binasına dronunun düşmə anı – VİDEO

Kiyevdə yaşayış binasına dronunun düşmə anı – VİDEO

Bu instituta direktor təyin edildi

Bu instituta direktor təyin edildi

End of content

No more pages to load

RADİO