İraq parlamentinin Türkmən millət vəkili Seyit Muhtar Baba Azərbaycan xalqını Şuşanın işğaldan azad olunması münasibəti ilə təbrik edib.
Bizim Media xəbər verir ki, İraq parlamenti Xarici Əlaqələr Komitəsinin üzvü təbrik məktubunda yazır:
“Qardaş ölkəni qədim Şuşa şəhərinin Azərbaycan Ordusunun qəhrəman əsgərləri tərəfindən erməni işğalından azad olunması münasibətilə təbrik edirəm. Bu xəbəri İraq Türkmənelində böyük sevinc və coşqu ilə qarşılandı. Əminəm ki, yaxın günlərdə Azərbaycan Ordusu işğal altındakı bütün torpaqları son qarışına qədər azad edəcək. Sizin sevinciniz bizim də sevincimizdir”.
Bizim Media