UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Rumıniyanın FKSB komandaları arasında keçirilən VII tur oyununda ilk hissə başa çatıb.
Bizim.Media xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın fasiləsinə 2:2 hesablı heç-heçə ilə yollanıb.
Avropa Liqası, Liqa mərhələsi, 7-ci tur
21:45. "Qarabağ" (Azərbaycan) - FCSB (Rumıniya) - 2:2 (Fasilə)
Qollar: Leandro Andrade, 1 (1:0), Şut, 7 (1:1), Nqezana, 41 - avtoqol (2:1), Mikulesku, 45+4 (2:2)
Hakimlər: Filip Qlova, Daniel Polaçek, Peter Bednar, Lukaş Dzivyak (Slovakiya)
VAR: Mihal Oçenaş
AVAR: Martin Dohal
Tofiq Bəhramov adına Respublika Stadionu
Bizim.Media