“Animasiya filmləri çəkilmədiyi üçün böyük bir nəsli itirmişik” - “Cizgi filmlərimizin atası” ilə MÜSAHİBƏ

Böyük bir nəsil onun filmləri ilə böyüyüb. Uşaq yaddaşımıza hopan ən yaxşı cizgi filmlərində imzası var. Onların rejissoru da olub, ssenaristi də, rəssamı da, studiya rəhbəri də...  Bütün ömrünü bu məsələyə, balacaları məmnun etməyə adayıb. Bir də baxıb ki, ömür 76-ya çatıb. Amma həvəsi, işləmək arzusu yaşlanmayıb. Çünki ürəyi hələ də də uşaqların yanındadır. Çəkmək, yazmaq üçün fürsət gəzir.

Bizim.Media-nın həmsöhbəti “cizgi filmlərimizin atası” Elçin Hami Axundovdur.

Söhbətə milli cizgi filmlərimizin az çəkilməsi sualı ilə başladıq.

“Mən davakaram, yaxşı adam deyiləm”

- O sualın ünvanı mən deyiləm, Mədəniyyət və Təhsil Nazirliyidir. Mən az qala 20 il bu yöndə irəliləyiş olması üçün mübarizə aparmışam. Poladdan tutmuş Qarayevə qədər hamısına bu haqda iradlarımı demişəm. Neçə dəfə onlarla bu məsələ ilə bağlı "dalaşmışam". Mən davakaram da, yaxşı adam deyiləm (gülür).

Zarafat öz yerində, amma uşaqlarımızı milli ruhda böyütmək, onlara azərbaycançılığı aşılamaq üçün milli cizgi filmlərinə ehtiyac olduğunu həmişə vurğulamışam. Yenə də deyirəm, uşaqların milli ruhda böyümələri, tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi əxz eləmələri üçün maraqlı animasiya filmləri nümayiş etdirilməlidir. Çünki onlar hər şeyi məhz bu filmlərdən götürürlər.

Əfsuslar olsun ki, biz animasiya filmləri çəkilmədiyi üçün böyük bir nəsli itirmişik. Uşaqların çoxu məcbur qalıb, ingilis, rus, dilində, yaxud türkcəyə tərcümə edilən animasiyalara baxıblar.

Əfsuslar olsun ki, həmin uşaqlar o mədəniyyəti qavrayıblar. Azərbaycançılıq nöqteyi-nəzərindən biz uşaqlarımızı tamamilə itirmişik. Mən o zamankı nazirlərdən məhz buna görə narazılıq edirdim. Giley-güzarımı deyirdim ki, kurslar açıb cavan rəssamlar cəlb edək, onları animator kimi yetişdirək. Bu yolla biz folklorumuzu, nağıllarımızı, mədəniyətimizi asanlıqla onlara öyrədə bilərik. Amma əfsuslar olsun ki, bu, onlara maraqlı deyildi. Animasiyaya önəm vermirdilər. Ona “əşşi multfilmdir də, o nədir ki, ona pul da ayıraq” kimi yanaşırdılar, qlobal düşünmürdülər.

Amma yeni nazir bu sahəni “tərpətməyə”, canlandırmağa başlayıb. Görürəm, bu sahəyə önəm verir, bilir ki, animasiya bizim uşaqlarımıza lazımdır. Bu il həmin dediyim o kurslar nəhayət ki, açıldı. Studiya yarandı və orada davamlı milli animasiya filmləri çəkiləcək. Artıq bir neçə filmimiz çəkilib. Onlardan biri 44 günlük müharibəyə həsr olunan “Narqız” filmidir. Onun təqdimatını da keçirdik. Ümid edirəm o kursları bitirən uşaqlarla məşğul olacağıq və ortaya daha yaxşı işlər çıxacaq.

Mən tərəfdarıyam ki, balaca-balaca studiyalar yox, əməlli-başlı böyük studiya olsun ki, tammetraflı saat yarımlıq filmlər çəkək. Tarixi mövzulardan tutmuş foklorumuza, nağıllarımıza qədər hamısını çəkmək lazımdır. Azərbaycan mədəniyyəti, musiqisi, incəsənəti hamısı bu filmlərdə əks olunsun. Animasiyanın diapazonu sonsuzluğa qədərdir.

Ssenarilər tanışlıqla gəlirdi

- Kinoda ssenarist qıtlığından şikayət edirlər. Bəs, animasiya sahəsində vəziyyət necədir?

- Məncə, bu sahədə peşəkarlar, bacarıqlı kadrlar var. Məsələn, Gülşən Tofiqqızı adlı müəllifimiz var. Mən ona tapıntı deyirəm. Studiyanın direktoru olanda onun ssenarisinə 2-3 film çəkmişdik. Əsas odur, mövzular milli olsun. Yadımdadır, o vaxt Sovet dövründə ssenarilər tapşırıqla gəlirdi. Sınaq qutusunda 6-7 “əsər” olurdu. Hamısı tanışlıqla göndərilən və qeyri-peşəkar. Mən də məcbur olurdum onların üstündə işləyib ssenari halına gətirim. Bu məsələdə tək ssenaristdən deyil, rejissordan da çox şey asılıdır. Cizgi filmlərində gərək rejissor keçmiş animatorlardan olsun.

İndi İncəsənət Universitetində bir fakültə var. Çox naşı və yöndəmsiz bir fakültədir - Animasiya filmlərinin rejissoru fakültəsi. Deyirəm bəs, beş dəfə rejissor buraxacaqsan. Bunların animatorları hanı? Animator aktyor deməkdir, şəkil çəkən aktyor. Animator yoxdur, amma 5 nəfər rejissor var. Bəs elədirsə, animasiyanı kimlə çəkəcəklər?!

Cavan uşaqlar indi “3B Maya” kimi proqramlarla nəsə çəkirlər. Deyirlər, animatoram. Onlara deyirəm, sən animator deyilsən, hərəkətə gətirənsən. Animasiya həyəcan, dramaturgiya deməkdir. Sən həyəcan yaratmırsan, sadəcə, hərəkətə gətirirsən. Bura girdi, ordan çıxdı, gözünü qırpdı. Bu, animasiya deyil. Animasiyada həyəcan, dramaturgiya olmalıdır. Disney filmlərinə baxın, orda bir balaca fincan, şamdan nələr törədir. Adi hərəkətlərsə izləyicidə həyəcan yaratmır. Nə isə... Belə mövzularda illərlə danışmışam, faydası olmayıb. Amma təzə nazirin bu işə diqqət ayırmasından çox ümidlənmişəm.

Təhsil Nazirliyi təklif versin!

- Elm və Təhsil Nazirliyinin də adını çəkdiniz. Onlara iradınız nədir?

- Neçə illər idi Təhsil Nazirliyinə müraciət edirdim ki, siz də mövzu verin. Bəlkə hansısa tədris planında olan mövzunuz var ki, onu bu gün cizgi filminə, animasiyaya gətirmək balalarımız üçün gərəklidir. Bizim animasiya studiyasını dəstəkləmək üçün elə filmlər də çəkərdik. Hansısa tarixi mövzuda, lap elə misal üçün əlifba mövzusunda çəkərdik. Bunları cizgi filmimizə gətirsək, uşaqlarımızın da dili zənginləşər.

İndi uşaqların çoxu dilimizi yaxşı bilmir. Ali məktəblərə qəbulda Azərbaycan dili fənnindən aşağı qiymət alırlar. Niyə? Çünki dilimizi yaxşı bilmirlər. Türk, rus ifadələri ilə danışırlar. Səbəbi də dilimizin yaxşı aşılanmamasıdır. Bunun üçün də animasiya filmləri mütləq olmalıdır.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Marsda həyat izləri tapılıb? - NASA alimləri çox nikbin danışır

Marsda həyat izləri tapılıb? - NASA alimləri çox nikbin danışır

Kredit tarixçəsi pis olanların NƏZƏRİNƏ

Kredit tarixçəsi pis olanların NƏZƏRİNƏ

Ərdoğanın baş müşaviri vəfat etdi

Ərdoğanın baş müşaviri vəfat etdi

Depressiya “xarakterin zəifliyi” deyilmiş - Əsl SƏBƏB BİLİNDİ

Depressiya “xarakterin zəifliyi” deyilmiş - Əsl SƏBƏB BİLİNDİ

Əhmədlidə saxta “Qocalar evi” – Təcili tibbi yardım xəstələri bu evə YERLƏŞDİRİR ? – VİDEO

Əhmədlidə saxta “Qocalar evi” – Təcili tibbi yardım xəstələri bu evə YERLƏŞDİRİR ? – VİDEO

İnfarkt yoluxucu imiş - Yeni elmi KƏŞF

İnfarkt yoluxucu imiş - Yeni elmi KƏŞF

Bu yolda təmir işləri başa çatdı – FOTO

Bu yolda təmir işləri başa çatdı – FOTO

TikTok-a görə evi yandırdı – VİDEO

TikTok-a görə evi yandırdı – VİDEO

Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlanıb- FOTO

Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlanıb- FOTO

Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir? - ARAŞDIRMA

Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir? - ARAŞDIRMA

Qızılağac Milli Parkının ərazisi YANIR

Qızılağac Milli Parkının ərazisi YANIR

Səməd Vurğunun adını qoyduğu xalq artistinin ACI TALEYİ – Son məktubunda nə yazılmışdı?

Səməd Vurğunun adını qoyduğu xalq artistinin ACI TALEYİ – Son məktubunda nə yazılmışdı?

“Bu şəhərə qoşun yeridiləcək” - Tramp

“Bu şəhərə qoşun yeridiləcək” - Tramp

Lisenziyasız fəaliyyət göstərən stomatoloq 5000 manat CƏRİMƏLƏNDİ

Lisenziyasız fəaliyyət göstərən stomatoloq 5000 manat CƏRİMƏLƏNDİ

Elnur Şükürov da azadlığa çıxdı- FOTO

Elnur Şükürov da azadlığa çıxdı- FOTO

İstanbulda daha bir bələdiyyə sədri saxlanılıb

İstanbulda daha bir bələdiyyə sədri saxlanılıb

Trampla Qətərin başçısı görüşüb

Trampla Qətərin başçısı görüşüb

Qusarda FACİƏ - Divarı hörən fəhləni “tok” vurub öldürdü - ÖZƏL

Qusarda FACİƏ - Divarı hörən fəhləni “tok” vurub öldürdü - ÖZƏL

Zaqatala anım gününə belə hazırlaşır

Zaqatala anım gününə belə hazırlaşır

“28 May”dan “Nizami”yə metro işləməyəcək – Alternativ nəqliyyat necə olacaq? – RƏSMİ AÇIQLAMA

“28 May”dan “Nizami”yə metro işləməyəcək – Alternativ nəqliyyat necə olacaq? – RƏSMİ AÇIQLAMA

Rusiyada güclü zəlzələdən sonra sunami təhlükəsi elan edilib - VİDEO

Rusiyada güclü zəlzələdən sonra sunami təhlükəsi elan edilib - VİDEO

BİZİM TƏQVİM: 13 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 13 sentyabrda baş vermiş tarixi hadisələr

“Mançester Yunayted”də Onananın gedişinə görə RAHATLIQ

“Mançester Yunayted”də Onananın gedişinə görə RAHATLIQ

Kosmosda yeni növ obyekt AŞKARLANDI

Kosmosda yeni növ obyekt AŞKARLANDI

End of content

No more pages to load

RADİO