Qəzza bölgəsində hərbi əməliyyatların başladığı 2023-cü ilin oktyabr ayından bəri həlak olan fələstinlilərin sayı təxminən 47 035 nəfərə yüksəlib.
Bizim.Media xəbər verir ki, bunu Qəzzanın Səhiyyə Nazirliyi sosial şəbəkə hesabında bildirib.
“Qəzzada həlak olanların sayı 2023-cü ilin oktyabrından bəri 47,035 nəfərə çatıb, 111091yaralanıb”, - deyə məlumatda qeyd olunur.
Anklavın Səhiyyə Nazirliyinin məlumatına görə, son günlər ərzində 122 fələstinli həyatını itirib, 62 nəfər yaralanıb.
Bizim.Media