Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkiana samovar və qış mənzərəsini əks etdirən Rusiya tablosu hədiyyə edib.
Bizim.Media xəbər verir ki, bu anları jurnalist Pavel Zarubin özünün "Telegram" kanalında paylaşıb.
"Rusiya xatirəsi olaraq bu hədiyyələri qəbul edin", – Putin Kreml salonlarından birində nümayiş etdirilən hədiyyələri Pezeşkiana göstərərək deyib.
"Rusiya qışda məhz belə görünür", – deyə o, qarlı meşə təsvir olunan tablonu işarə edərək bildirib.
Putinin digər hədiyyəsi isə samovar olub.
"Bu da bizim ənənəvi məhsulumuz – samovar", – deyə Putin hədiyyəni təqdim edib.
“Biz də “samavar” deyirik!”, - Pezeşkian gülümsəyərək cavab verib.
Daha sonra prezidentlər əl sıxıblar. İran prezidenti Putinə təşəkkürünü bildirib.
Qeyd edək ki, yanvarın 17-də Kremldə danışıqlardan sonra Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilə imzalayıblar.
Bizim.Media