Türkiyədə son sutka ərzində 122 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 6493 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 249 min 404, pandemiya qurbanlarının sayı isə 47 min 527 nəfərə çatıb.
Türkiyədə indiyədək 5 milyon 114 min 624 pasiyent (son sutkada 9582 nəfər) sağalaraq evə buraxılıb.
Bizim.Media