“Türkiyə Suriyada antiterror əməliyyatlarına başlaya bilər”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mersin vilayətindəki çıxışında deyib.
Ərdoğan Türkiyənin terror təşkilatı PKK/YPG-nin varlığını tamamilə dayandırmaq üçün tədbirlər görəcəyini bildirib:
“Terrorçular çağırışlarımıza qulaq asmasalar, effektiv əməliyyatlarımızla bu problemi özümüz həll edəcəyik. Yaxın gələcəkdə Suriyanın üçdə birini işğal edən YPG terror təşkilatının varlığına tamamilə son qoymaq üçün addımlar atacağıq”.
Bizim.Media