Rəsmi Azərbaycan həmsədrlərin bəyanatına cavab VERDİ

"Həmsədrlərin bəyanatında qeyd etdiyi məsələlər, o cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan son gərginliklər, diversant qrupun Azərbaycan ərazilərinə daxil olaraq terrorçu-təxribat aktı törətmək cəhdi, delimitasiya və demarkasiya prosesi, habelə bölgəyə humanitar çıxışın təmin edilməsi ilə bağlı mövqeyimiz dəfələrlə rəsmi açıqlamalarda bildirilib".

Bunu Bizim.Media-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Rəsmi Bakıdan SƏRT AÇIQLAMA: “Ermənistan sərhədlərin toxunulmazlığına riayət etməlidir”


ATƏT-in Minsk qrupunun həmsədrlərinin 28 may 2021-ci il tarixli bəyanatına münasibət bildirən XİN rəsmisi vurğulayıb ki, Azərbaycan azad olunmuş ərazilərin bərpası və insanların bu ərazilərdə yenidən sülh şəraitində birgə yaşayışının təmin edilməsi üçün bütün səylərini səfərbər edib və müvafiq tədbirləri həyata keçirir:

"Beynəlxalq humanitar təşkilatlarla beynəlxalq hüquq prinsipləri əsasında əməkdaşlıq həyata keçirilir, o cümlədən Qarabağda müharibənin təsirinə məruz qalan insanlara humanitar yardımın göstərilməsi üçün müvafiq addımlar atılıb.

Həmsədrlərin bəyanatında istinad etdiyi saxlanılan 6 erməni hərbçisi ilə bağlı xatırladırıq ki, bu erməni hərbçiləri yolların minalanmasına yönəlmiş təxribat törədərkən saxlanılıb. Azərbaycanın azad olunmuş ərazilərində Ermənistan tərəfindən basdırılmış minalar gündəlik əsasda insanların həyatına təhlükə törətdiyi bir vaxtda, Ermənistanın minaların yeri ilə bağlı məlumatı təqdim etməkdən imtina etməsi, üstəlik əraziyə yeni minalar basdırmaq cəhdi heç bir çərçivəyə sığmır. Odur ki, həmsədrlər “hamının hamıya” prinsipi əsasında saxlanılan şəxslərin dəyişdirilməsini təklif etmədən öncə, ən azı bu şəxslərin saxlanma səbəblərinə diqqət ayırmalı, təxribatçıları bu kimi fəaliyyətdən çəkinməyə çağırmalıdır.

Dəfələrlə bəyan etmişik ki, biz sərhəd gərginliyi məsələsinin danışıqlar yolu ilə həllinin tərəfdarıyıq, habelə beynəlxalq ictimaiyyətin iki dövlət arasında sərhədin demarkasiya və delimitasiyası çağırışlarını dəstəkləyirik.

Bildiyiniz kimi, bir müddət öncə bu məsələ ilə bağlı irəli sürülən Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası üzrə müvafiq üçtərəfli komissiya yaradılması təklifini də Azərbaycan dəstəkləyib.

Yalnız beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında dövlətlərarası münasibətlər normallaşdırıla bilər, sərhəd xəttinin demarkasiyası və delimitasiyasına başlamaq olar və nəhayət, sülh şəraitində birgə yaşayış üçün sağlam təməlin əsası qoyula bilər.

Həmsədr ölkələri isə öz növbəsində, üçtərəfli bəyanatların icrasını dəstəkləməklə bölgədə sülh və inkişafın təmin olunmasına töhfə verə bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təranə Qumral qızları ilə efirdə AĞLADI - VİDEO

Təranə Qumral qızları ilə efirdə AĞLADI - VİDEO

"Nyukasl"ın "Qarabağ" HAZIRLIĞI - FOTO

"Nyukasl"ın "Qarabağ" HAZIRLIĞI - FOTO

Kobud qayda pozuntusu edən avtobus sürücüsünə qarşı hansı addım atılıb? - VİDEO

Kobud qayda pozuntusu edən avtobus sürücüsünə qarşı hansı addım atılıb? - VİDEO

Elnarə Abdullayeva üzgərmə əməliyyatı etdirib? - VİDEO

Elnarə Abdullayeva üzgərmə əməliyyatı etdirib? - VİDEO

İran səfiri İtaliya XİN-ə ÇAĞIRILDI

İran səfiri İtaliya XİN-ə ÇAĞIRILDI

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

Gəncədə ağır qəza - Xəsarət alanlar var

Gəncədə ağır qəza - Xəsarət alanlar var

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

"Buna görə Novruz bayramında sevinmirəm"

"Buna görə Novruz bayramında sevinmirəm"

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

İran Hörmüz boğazını BAĞLADI

İran Hörmüz boğazını BAĞLADI

Ən yüksək balı onlar TOPLADI

Ən yüksək balı onlar TOPLADI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

End of content

No more pages to load

RADİO