Ermənistan Respublikasının Müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan Rusiya Federasiyasının Müdafiə naziri, Ordu generalı Sergey Şoyquya zəng edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Mənbə bildirir ki, iki strateji müttəfiqin müdafiə nazirliklərinin rəhbərləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti və ötən həftə Moskvada keçirilən görüş zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsinin yollarını müzakirə ediblər.
Həmsöhbətlər Ermənistan Silahlı Qüvvələrində aparılan islahatların əsas istiqamətlərinə, Qarabağda Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilmiş missiyaya, regional təhlükəsizlik problemlərinə və onlara qarşı birgə fəaliyyətlə bağlı bir sıra məsələlərə də toxunublar.
Bizim.Media