SON DƏQİQƏ: UNEC-də yoxlamalar aparıldı – 125 milyon vəsait...

Hesablama Palatası 2024-cü il üçün iş planına əsasən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.

Məlumata görə, audit 2022-2023-cü illərdə, eləcə də 2024-cü ilin I rübündə dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb.

Gəlir və xərclər

Auditin əhatə etdiyi dövrün əvvəlinə əsasən təhsil və büdcə illərinin üst-üstə düşməməsi səbəbindən UNEC-in 13 milyon 263 min manat qalıq vəsaiti mövcud olub. 2022-2023-cü illərdə və 2024-cü ilin I rübündə müxtəlif mənbələrdən ümumilikdə 119 milyon 221,2 min manat vəsait daxil olub və 125 milyon 86,4 min manat məxaric edilib. UNEC-in 2023-cü ildə 2022-ci illə müqayisədə gəlirlərində müşahidə edilən 7,8 %-lik artım dövlət sifarişi üzrə təhsilin maliyyələşməsinə ayrılan vəsaitin 10,2 %-i və digər gəlirlərin 2,3 dəfə artımı hesabına formalaşıb.

Eyni zamanda, UNEC-in gəlirlərindən Elm və Təhsil Nazirliyinin müvafiq əmrləri ilə 2022-ci ildə 1 milyon 653 min manat, 2023-cü ildə 1 milyon 100 min manat vəsait təhsil işçilərinin və Nazirlik əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə Təhsilin İnkişafı Fonduna ayrılıb.
 

2024-cü ildə isə yalnız Nazirlik işçilərinin sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə 991 min manat vəsait həmin fonda köçürülüb.


Auditin əhatə etdiyi dövrün sonunda UNEC-də 1 646 nəfər əməkdaş çalışıb ki, onların 792 nəfərini inzibati heyət, 854 nəfərini isə professor-müəllim heyəti təşkil edib. Professor-müəllim heyətinin tərkibində əvəzçilərin sayı 185 nəfər olub. Mövcud dərs yükünün təmin edilməsi məqsədilə UNEC-də çalışan 109 əməkdaşla yanaşı kənardan 380 nəfər saathesabı əsaslarla cəlb edilib. 2023-cü ilin sonuna bakalavr, magistr, doktorant və dissertantların sayı müvafiq olaraq 15 060 nəfər, 4 863 nəfər, 191 nəfər və 7 nəfər təşkil edib.

Auditlə müəyyən edilib ki, UNEC-in Nizamnaməsində nəzərdə tutulmasına baxmayaraq, Elm və Təhsil Nazirliyi Himayəçilər Şurası yaratmayıb. 

Bu səbəbdən, Nizamnamə ilə Himayəçilər Şurasına aid edilən vəzifələri UNEC-in müxtəlif rəhbər və məsul əməkdaşları icra edib. Həmçinin Nizamnamənin tələbinə əsasən UNEC-in strukturu təsisçi tərəfindən təsdiq edilməli olsa da, bu fəaliyyət auditlə əhatə olunan illərdə həyata keçirilməyib. UNEC-in ştat cədvəlləri rektor tərəfindən təsdiq olunub.

Himayəçilər Şurasının yaradılmaması "Elmi-Metodiki Şuranın Əsasnaməsi"nin də UNEC-in Elmi Şurası tərəfindən təsdiqlənməsi ilə nəticələnib, audit dövründə kənar auditor təyin edilməyib və daxili auditin fəaliyyətinə UNEC rəhbərliyi nəzarət edib.

Aşkarlanan nöqsanlar

Audit zamanı müəyyən edilib ki, UNEC-in sosial xərcləri böyük həcmdə olub və bu vəsaitlər hüquqi aktlara uyğun şəkildə istifadə edilsə də, icra prosesində bəzi nöqsanlara yol verilib. Bu nöqsanlar ümumi maliyyə fəaliyyətinə ciddi təsir göstərməyib. Lakin ödənişli təhsil üzrə bağlanmış müqavilələrlə müəyyən edilmiş öhdəliklərə tam nəzarət olunmaması və kredit haqlarının tam yığılmaması təhsil haqqı üzrə debitor borcların artımına səbəb olub.

Dövlət sifarişi əsasında maliyyələşmə müvəqqəti dayandırılmalı olduğu halda akademik məzuniyyətdə olan tələbələrin təhsil xərcinə görə UNEC-in hesabında 52 halda cəmi 32,3 min manat vəsait qalıb.
 

Auditlə müəyyən edilib ki, UNEC-dən xaric edilmiş dövlət sifarişli tələbələrin yerinə ödənişli əsaslarla tələbələr yerləşdirilməyib və nəticədə 2022-ci ildə 71 halda 49,9 min manat, 2023-cü ildə isə 75 halda 57,6 min manat, ümumilikdə 146 halda 107,5 min manat dövlət vəsaiti büdcəyə qaytarılmayıb. 


Təqaüdlərin maliyyələşdirilməsi məqsədilə ümumilikdə 27 milyon 540,9 min manat vəsait icra edilib. Təqaüdlərin bəzi hallarda düzgün hesablanmaması və kiçik məbləğlərdə səhvlər edilməsinə baxmayaraq, bu hallar vəsaitlərin icrasına ciddi təsir göstərməyib. Audit zamanı həmçinin müəyyən edilib ki, UNEC-in voleybol komandasının oyunçuları və fizioterapevti ilə bağlanmış xidmət müqavilələri əsasında onlara aylıq haqq ödənilib, həmçinin idmançılara məşqlər və oyunlarda iştirak üçün bütün xərclərin qarşılandığı məlum olub.

UNEC-in ərazisində fəaliyyət göstərən 3 nömrəli Tələbə Poliklinikasına UNEC-in strukturuna daxil olmadığı halda vəsait ayrıldığı da aşkarlanıb.

Yerinə yetirilməyən işə görə ödəniş

Təmir işlərinin icrası zamanı təşkil olunan nəzarətin qənaətbəxş olmaması nəticəsində yerinə yetirilməyən işlərə görə əlavə ödənişlər edilib. Quba tədris mərkəzinin əsaslı təmiri üzrə müqavilə məbləğinin 2,6 %-i, tədris binalarının əsaslı təmiri üzrə 1,6 %-i və cari təmir üzrə 8,8 %-i qədər artıq vəsait icra edilib. Satınalmalar zamanı bir mənbədən alınan xidmətlərin ümumi həcmi 2022-ci ildə 8,6 %, 2023-cü ildə isə 18,7 % təşkil edib ki, bu da beynəlxalq təcrübələrlə müqayisədə məqbul sayılmayan yüksək göstəricidir.

Satınalmaların müsabiqəsiz aparılması və bəzi hallarda müqavilə şərtlərinin hüquqi tələblərə uyğun şəkildə dəyişdirilməsi də audit zamanı aşkarlanan nöqsanlardan olub.

Hesablama Palatasının Kollegiyası UNEC-ə aşkarlanan nöqsanların aradan qaldırılması məqsədilə dövlət büdcəsindən artıq ödənilmiş vəsaitin geri qaytarılması, təmir işlərində artıq icra edilmiş məbləğlərin bərpası və daxili nəzarətin gücləndirilməsi ilə bağlı tövsiyələr verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dövlətə məxsus 55 nəqliyyat vasitəsi SATILDI

Dövlətə məxsus 55 nəqliyyat vasitəsi SATILDI

“Qəbələ”nin oyunçusu dünya çempionatında İŞTİRAK EDƏCƏK

“Qəbələ”nin oyunçusu dünya çempionatında İŞTİRAK EDƏCƏK

İdman zalı ayaq yolundan daha mikropludur

İdman zalı ayaq yolundan daha mikropludur

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

Ceyhunun avtomobili YANDI

Ceyhunun avtomobili YANDI

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Bu ətlərin qiymətində UCUZLAŞMA

Bu ətlərin qiymətində UCUZLAŞMA

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

“Barselona” “Nou Kamp”a qayıda bilmir

“Barselona” “Nou Kamp”a qayıda bilmir

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

End of content

No more pages to load

RADİO