Ötən il yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyalarından 90 nəfər ölüb.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, onlardan 46-sı kişi, 44-ü qadın olub. Ölənlərdən 50 nəfəri 0-17 yaş aralığında olanlardır.
Qeyd olunub ki, ötən il qripdən 20-si kişi, 10-u qadın olmaqla 30 nəfər ölüb. Onlar 50 yaşdan yuxarı olan şəxslərdir.
Bizim.Media