Suriyanın yeni hakimiyyət orqanları ölkədə təhsilin pulsuz olmasına çalışır.
Bizim.Media "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu keçid hökumətinin təhsil naziri Nazir əl-Qadiri deyib.
"Hökumət təhsilin pulsuz olmasına çalışır. Bu, hər bir suriyalının hüququdur. Biz Suriya xalqının istəklərinə cavab verən yeni təhsil layihəsi üzərində işləyirik", - o deyib.
Bizim.Media