Qətl törədən şəhid qardaşı sərbəst buraxıldı

Abşeronda adam öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Mürvət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media publika.az-a istinadən xəbər verir ki, şəhid qardaşı olan Mürvət Cinayət Məcəlləsinin 122.1-ci, yəni affekt vəziyyətində adam öldürmə maddəsi ilə təqsirli bilinib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Mürvət Əliyevin qətlə yetirdiyi 1978-ci il təvəllüdlü Rövşən Əbilovun ailəsi ondan şikayətçi deyil və yüngül cəza verilməsini istəyir.

İstintaq müddətində Mürvət həbs edilməyib və ev dustaqlığına buraxılıb.

Həmçinin Mürvətin qardaşının 2008-ci ilin 25 aprel tarixində Qarabağ bölgəsində (Tərtər) ermənilərin törətdiyi təxribat nəticəsində şəhid olması qeyd edilib.

Qeyd edək ki, hadisə Abşeron rayonu Saray qəsəbəsində yerləşən "Saray Palace" şadlıq sarayının yaxınlığında baş verib.

Orada toyda iştirak edən şəxslər daha sonra zaldakı meyxana məclisinə baxıblar. Bu zaman Mürvət dostunu çağırmaq üçün çölə çıxıb. Şadlıq evinin foyesində Rövşən, Araz, Seymur adlı şəxslər Mürvəti bayıra dəvət edərək söhbət edəcəklərini deyiblər. Bu zaman onların arasında mübahisə baş verib və həmin şəxslərdən ikisi Mürvətə bıçaqla yüngül xəsarətlər yetirib.

Həmçinin onun şəhid olmuş qardaşının ünvanına söyüş səsləndirilib. Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində olan Mürvət bıçağı götürərək həmin şəxslərə hücum edib və Rövşəni öldürüb.

O, hadisədən sonra maşına minərək uzaqlaşıb.

Ekspertiza Mürvət Əliyevin hadisə anında affekt şokunda olmasına rəy verib.

Abşeron Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə Mürvət Əliyev 4 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək onun ayağına elektron təqib cihazı taxılıb. Həmçinin təqsirləndirilən şəxsin üzərindəki ev dustaqlığı qətimkan tədbiri də götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Sevil Əliyevanın "Ana" əsəri Stas Pyexanın ifasında – VİDEO

Sevil Əliyevanın "Ana" əsəri Stas Pyexanın ifasında – VİDEO

İran Ukraynanı peşman edəcək cavabla HƏDƏLƏDİ

İran Ukraynanı peşman edəcək cavabla HƏDƏLƏDİ

Tramp: "Mən olmasaydım, İsrail məhv edilərdi"

Tramp: "Mən olmasaydım, İsrail məhv edilərdi"

44 yaşlı kişi ilə qeyri-rəsmi yaşayan qadın döyüldü — Səbəb

44 yaşlı kişi ilə qeyri-rəsmi yaşayan qadın döyüldü — Səbəb

Elnur Kərimovu sancan ilan ölüb? - AÇIQLAMA

Elnur Kərimovu sancan ilan ölüb? - AÇIQLAMA

Putin Rusiya ordusunun sayını artırdı

Putin Rusiya ordusunun sayını artırdı

"Amay"ın qarşısında kişinin başına DAŞ DÜŞDÜ

"Amay"ın qarşısında kişinin başına DAŞ DÜŞDÜ

Qobustanda yeni avtomobil körpüsü tikildi

Qobustanda yeni avtomobil körpüsü tikildi

Qusar Peşə Liseyində abadlıq işləri aparıldı - FOTO

Qusar Peşə Liseyində abadlıq işləri aparıldı - FOTO

Peskovun Ukrayna xalqı ilə bağlı dedikləri DİQQƏT ÇƏKDİ

Peskovun Ukrayna xalqı ilə bağlı dedikləri DİQQƏT ÇƏKDİ

Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ

Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ

Şəmsi Səmədzadə həbsdən azad olundu

Şəmsi Səmədzadə həbsdən azad olundu

Zelenski Britaniyanın yeni Baş naziri ilə görüşdü - VİDEO

Zelenski Britaniyanın yeni Baş naziri ilə görüşdü - VİDEO

Putin və Paşinyan telefonla danışdı

Putin və Paşinyan telefonla danışdı

DÇ-2026-nın ən yaxşı qolu AÇIQLANDI

DÇ-2026-nın ən yaxşı qolu AÇIQLANDI

Azərbaycan və Türkiyə torpaqların konsolidasiyası sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO

Azərbaycan və Türkiyə torpaqların konsolidasiyası sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO

Tramp İrana qarşı hərbi hücumları DAYANDIRDI

Tramp İrana qarşı hərbi hücumları DAYANDIRDI

Leyla həyat yoldaşını belə təbrik etdi – FOTO

Leyla həyat yoldaşını belə təbrik etdi – FOTO

Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO

Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO

Araz Musayev əməliyyat olundu

Araz Musayev əməliyyat olundu

Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin”

Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin”

End of content

No more pages to load

RADİO