Sahibkarlıq subyektlərinə 10 milyon manatadək kredit VERİLƏCƏK

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı fərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası təsdiqlənib. 

Bizim.Media xəbər verir ki, sənədə əsasən, agentliyin vəsaitindən sahibkarlıq subyektlərinə güzəştli kreditlərin (bundan sonra – kredit) verilməsi müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatı) vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. 

Sahibkarlıq subyektlərinə Agentliyin vəsaitindən aşağıdakı hədlərdə kredit vəsaiti verilir: 

5 000 manatdan 50 000 manatadək – kiçikhəcmli kreditlər; 

50 001 manatdan 1 000 000 manatadək – ortahəcmli kreditlər; 

1 000 001 manatdan 10 000 000 manatadək – böyükhəcmli kreditlər. 

Agentliyin vəsaiti hesabına hər bir sahibkarlıq subyektinə verilən kreditin (o cümlədən bir investisiya layihəsi üzrə) maksimum həddi 10 000 000 (on milyon) manatdan artıq ola bilməz. 

Agentliyin kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir: 

kiçikhəcmli kreditlər üçün – 3 (üç) ilədək; 

ortahəcmli kreditlər üçün – 5 (beş) ilədək; 

böyükhəcmli kreditlər üçün – 10 (on) ilədək. 

Agentliyin vəsaiti (cəlb etdiyi kreditlər istisna olmaqla) hesabına verilən kreditlərin illik faiz dərəcəsi 1 (bir) faiz, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 4 (dörd) faizdən artıq olmamaq şərtilə, ümumilikdə kreditlərin illik faiz dərəcəsi 5 (beş) faizədək müəyyən edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda bu vəzifəli şəxslərə cinayət işi açıldı

Azərbaycanda bu vəzifəli şəxslərə cinayət işi açıldı

Şamaxıda qadın əri tərəfindən güllələnərək QƏTLƏ YETİRİLDİ

Şamaxıda qadın əri tərəfindən güllələnərək QƏTLƏ YETİRİLDİ

Bakıda hərbçilərin zəfər yürüşü başladı – VİDEO

Bakıda hərbçilərin zəfər yürüşü başladı – VİDEO

Mühafizəçi direktorun evindən antik əşyalar oğurladı - 200 minlik cinayətin DETALLARI

Mühafizəçi direktorun evindən antik əşyalar oğurladı - 200 minlik cinayətin DETALLARI

Neftimizin qiyməti 65 dollara düşdü

Neftimizin qiyməti 65 dollara düşdü

“Məni anam bu dünyaya Qurban Qurbanov kimi gətirib, elə də qalmaq istəyirəm” – VİDEO

“Məni anam bu dünyaya Qurban Qurbanov kimi gətirib, elə də qalmaq istəyirəm” – VİDEO

Yanvar ayından 1,1 milyon nəfərin pensiyası 10 faiz ARTACAQ

Yanvar ayından 1,1 milyon nəfərin pensiyası 10 faiz ARTACAQ

Azyaşlı qıza qarşı əxlaqsızlıq edən əmioğlanları ilə bağlı QƏRAR

Azyaşlı qıza qarşı əxlaqsızlıq edən əmioğlanları ilə bağlı QƏRAR

Monqolustandan gətirilən qoyun əti HARAMDIR?

Monqolustandan gətirilən qoyun əti HARAMDIR?

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Ağdərədə yük maşını aşdı - Sürücü ağır xəsarət alıb

Ağdərədə yük maşını aşdı - Sürücü ağır xəsarət alıb

Bakıda 16 yaşlı oğlan itkin düşdü

Bakıda 16 yaşlı oğlan itkin düşdü

Noyabrda şanslı olacaq BÜRCLƏR

Noyabrda şanslı olacaq BÜRCLƏR

UEFA-dan “Qarabağ”la bağlı PAYLAŞIM – FOTO

UEFA-dan “Qarabağ”la bağlı PAYLAŞIM – FOTO

Valyuta məzənnələri – Avro bahalaşdı, rus rublu ucuzlaşdı

Valyuta məzənnələri – Avro bahalaşdı, rus rublu ucuzlaşdı

Tramp yenə Azərbaycan-Ermənistan münaqişəsindən danışdı

Tramp yenə Azərbaycan-Ermənistan münaqişəsindən danışdı

Şuşa qalasında atəşfəşanlıq olacaq

Şuşa qalasında atəşfəşanlıq olacaq

Mahsun Kırmızıgüldan “Qarabağ”ın oyunu ilə bağlı PAYLAŞIM - FOTO

Mahsun Kırmızıgüldan “Qarabağ”ın oyunu ilə bağlı PAYLAŞIM - FOTO

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür

Güzəşt dövrünün SONU – Yeni ildən bu avtomobillər BAHALAŞACAQ

Güzəşt dövrünün SONU – Yeni ildən bu avtomobillər BAHALAŞACAQ

Rüşvət alan məktəb direktoru ilə bağlı qərar verildi

Rüşvət alan məktəb direktoru ilə bağlı qərar verildi

Rusiya buğdası Azərbaycandan keçərək Ermənistana çatdırıldı – Gevork Papoyan

Rusiya buğdası Azərbaycandan keçərək Ermənistana çatdırıldı – Gevork Papoyan

Bəxti açılan bürc - Vəzifə alacaq

Bəxti açılan bürc - Vəzifə alacaq

Yanvarın 1-dən Azərbaycanda bu avtomobillərə güzəştlər tətbiq olunacaq

Yanvarın 1-dən Azərbaycanda bu avtomobillərə güzəştlər tətbiq olunacaq

End of content

No more pages to load

RADİO