“Rusiya Federasiyası Ermənistanda Aİ-yə qoşulmaq haqqında qanun layihəsinin müzakirəsinə başlamasını onun Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirir. Bu, İrəvanın suveren seçimidir”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında Ermənistanın "Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında" qanun layihəsini şərh edərkən deyib.
O bildirib ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlər məhdudlaşdırılarsa, Ermənistanda enerji və ərzaq məhsulları bahalaşacaq: “Üstəlik, Ermənistan mallarının ixracı 70-80% azalacaq".
Bizim.Media