Gürcüstandakı soydaşlarımızdan növbəti ETİRAZ aksiyası 

Gürcüstanın Bolnisi rayonunun Faxralı (Talaveri) kəndinin sakinləri növbəti dəfə etiraz aksiyası keçiriblər.

Bizim.Media xəbər verir ki, yerli mobil rabitə operatorlarından birinin 5G dalğalarını ötürmək üçün istifadə etdiyi baza stansiyasını kəndin içində, yaşayış məntəqələrinə yaxın ərazidə yerləşdirməsi sakinlərin narazılığına səbəb olub.

Sakinlər qeyd edib ki, şirkət nümayəndələri qanunla yaşayış məntəqəsindən 20 km məsafədə quraşdırılmalı olan antenaları evlərin yaxınlığında basdırmaq istəyib və buna görə də yerli əhali ilə onların arasında mübahisə yaranıb.

Sakinlər bildiriblər ki, radiasiya təhlükəsi səbəbindən antenaların qurulmasına icazə vermək istəmirlər. Bu səbəbdən baza stansiyasının qurulması üçün hazırlıq görülən ərazidə sakinlər etiraz aksiyasına çıxıblar.

Məsələ ilə bağlı rayon rəhbərliyi və kənd nümayəndəliyindən bildiriblər ki, onların belə bir təşəbbüsdən xəbərləri yoxdur. Qeyd olunub ki, məsələ dövlətin nəzarətində deyil, özəl şirkət kəndin kənarında yer icarəyə götürüb və ondan istifadə edir.

Kənd sakinləri həmçinin vurğulayıblar ki, yaranan münaqişə zamanı əraziyə cəlb olunmuş polislər isə asayişi təmin etmək əvəzinə, yerli əhalini qorxutmaq, iğtişaşlar yaratmamaq barədə xəbərdarlıq etməklə məşğul olurlar.

Qeyd olunub ki, artıq üç dəfə sözügedən şirkətin nümayəndələri ərazidə tikinti eləmək istəsələr də, kənd əhalisinin israrlı etirazından sonra işlərini yarımçıq qoyub gediblər. Məsələ isə hələlik açıq qalır.(Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıdan Təl-Əvivə uçuşlar bərpa edilir - Tarix açıqlandı

Bakıdan Təl-Əvivə uçuşlar bərpa edilir - Tarix açıqlandı

Xarici diplomatlar Laçında - VİDEO

Xarici diplomatlar Laçında - VİDEO

Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?

Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?

Niyə yazda yorğun görünürük? - İLGİNC SƏBƏBLƏR

Niyə yazda yorğun görünürük? - İLGİNC SƏBƏBLƏR

Bakı-Sumqayıt yolunda obyektlər yandı - FOTO/VİDEO

Bakı-Sumqayıt yolunda obyektlər yandı - FOTO/VİDEO

Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ

Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ

“Ən böyük arzum prokuror olmaqdır” – Buraxılış imtahanında maksimal bal toplayan SƏMA

“Ən böyük arzum prokuror olmaqdır” – Buraxılış imtahanında maksimal bal toplayan SƏMA

Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

Bakının bu ərazisində QƏZA səbəbindən sıxlıq var

Bakının bu ərazisində QƏZA səbəbindən sıxlıq var

Vanna otağınız hərtərəfli təmizlikdən sonra belə çirkli görünür? - MARAQLI SƏBƏB

Vanna otağınız hərtərəfli təmizlikdən sonra belə çirkli görünür? - MARAQLI SƏBƏB

Qusarda güclü SEL - Fermerlərin əkin sahələri məhv olub – FOTO/VİDEO

Qusarda güclü SEL - Fermerlərin əkin sahələri məhv olub – FOTO/VİDEO

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Prezidentin köməkçisi: Azərbaycanda bütün tarixi, mədəni və dini abidələr mühafizə edilir - VİDEO

Prezidentin köməkçisi: Azərbaycanda bütün tarixi, mədəni və dini abidələr mühafizə edilir - VİDEO

Bu gün və sabah BU BÜRCLƏR üçün uğur qapıları açılacaq

Bu gün və sabah BU BÜRCLƏR üçün uğur qapıları açılacaq

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Milli Məclis: “Erməni lobbilərinin yeni dezinformasiya dalğası aşkarlanıb”

Milli Məclis: “Erməni lobbilərinin yeni dezinformasiya dalğası aşkarlanıb”

Xəzərdə zəlzələ olub

Xəzərdə zəlzələ olub

Bakıda DƏHŞƏT - Yolu keçmək istəyən iki piyada canından oldu – ANBAAN VİDEO

Bakıda DƏHŞƏT - Yolu keçmək istəyən iki piyada canından oldu – ANBAAN VİDEO

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - FOTO

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - FOTO

Zelenski Ermənistana səfər edəcək

Zelenski Ermənistana səfər edəcək

Şəkidə DƏHŞƏT - Canavar sürüsü kəndə girib 30-a yaxın qoyunu parçaladı - FOTO

Şəkidə DƏHŞƏT - Canavar sürüsü kəndə girib 30-a yaxın qoyunu parçaladı - FOTO

Komitə sədrindən ÇAĞIRIŞ: “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik”

Komitə sədrindən ÇAĞIRIŞ: “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik”

Ağstafada evdə YANĞIN – VİDEO

Ağstafada evdə YANĞIN – VİDEO

Bu çay yarım saata insanı YATIZDIRIR

Bu çay yarım saata insanı YATIZDIRIR

End of content

No more pages to load

RADİO