Paşinyanla görüşlə bağlı Misir Mərdanovdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib. Müsahibədə Dövlət başçısı Qərbi Azərbaycana qayıdış məsələsinə də xüsusi yer verib.

Azərbaycan Prezidenti Ermənistanın baş nazirinin Qərbi Azərbaycan İcmasının nümayəndələrini görüşməsinin önəmindən söz açıb:

“Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar. Qəbul etsin, onların dilindən onların problemlərini eşitsin, dinləsin onları. Yəni, onlar oradan əsassız qovulmuşlar. Onların tam hüququ var ki, oraya qayıtsınlar”.

Prezident İlham Əliyev bu məsələnin çox ciddi beynəlxalq problem olduğunu da diqqətə çatdırıb:

“Bu, yüz minlərlə insanın hüquqlarının bərpası məsələsidir. Bu, insan hüquqları məsələsidir. Bu, ədalət məsələsidir. Bu, eyni zamanda, göstərəcək ki, indiki Ermənistan rəhbərliyi faşist deyil.

Çünki üç prezident faşist idi. Yəni, onların açıqlamaları, əməlləri, Xocalı soyqırımında üçünün də iştirakı və bir çox digər sübutlar var. Əgər indiki baş nazir demokratdırsa, özü də Avropa demokratiyasının, necə deyərlər, “banisi olan” Fransa prezidenti Makronun dostudursa, qoy, onu göstərsin, qoy, icazə versin. Yəni, bizim istəyimiz bundan ibarətdir və bunu tələb etmək hər hansı bir ərazi iddiasında olmaq demək deyil”.

Bəs Qərbi Azərbaycan İcması Paşinyanla görüşə hazırdırmı?

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov deyib ki, İcmanın Mərkəzi aparatında biz bu məsələni dəfələrlə müzakirə etmişik:


“Bu müzakirələrin yekununda İcma Ermənistan hökümətinə müraciət qəbul edib ki, qayıdış məsələni müzakirə edək. Çünki hələ əvvəlki deportasiyaları demirik, sonuncu dəfə -1988-1990-cı illərdə Qərbi Azərbaycandan 200 minə yaxın soydaşımız ən ağır şərtlərdə qovulub. Bu qədər insan on illər boyu qazandıqları maddi və mənəvi sərvətləri qoyub çıxmışdı, necə deyərlər “bir çöp” də götürməmişdi. Ona görə də azərbaycanlıların öz dədə-baba ocaqlarına qayıtmaq haqları var. Bu qayıdış üçünsə ilk növbədə Ermənistan hökuməti ilə danışıqlar aparılıb, razılaşma olmalıdır. Çox təəssüf ki, Ermənistan hakimiyyəti bizim haqlı tələblərimizə heç bir cavab verməyib. Bununla belə biz inanırıq ki, rəsmi İrəvan gec-tez bizim haqlı tələbimizi eşidəcək, ona əməl etməli olacaq.

Bu mənada Prezident İlham Əliyev haqlı olaraq deyir ki, Paşinyan Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Çünki bu təkcə Qərbi Azərbaycan İcmasının istəyi deyil, həm də Azərbaycan dövlətinin iradəsidir”.

“Mübarizəmizi sona qədər davam etdirəcəyik”

Müsahibimiz onu da əlavə edib ki, hələ 2 il qabaq Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən görüşdə Azərbaycan Prezidenti bu məsələyə xüsusi diqqət ayırmışdı:

“Doğrudan da, bizim Qərbi Azərbaycana qayıtmaq hüququmuz var. Sona qədər də bunun üçün mübarizə aparacağıq. Biz bu məsələ ilə bağlı BMT və digər beynəlxalq təşkilatlara da müraciət etmişik ki, öz dədə-baba torpaqlarımıza qayıtmaq üçün vasitəçi olsunlar. Eyni zamanda bu istəyimizin reallaşdırılması prosesinə həm beynəlxalq təşkilatlar, həm də Ermənistan höküməti təminat verməlidir. Çünki bizim istəyimiz beynəlxalq hüquqa və insan haqlarına söykənir. Ona görə də Paşinyan ən qısa zamanda İcmanın nümayəndələrini qəbul etməlidir”.

Nəzərə alaq ki, məsələ ilə bağlı Qərbi Azərbaycan İcması bu gün növbəti dəfə bəyanat yayıb:


“Biz Ermənistan hökumətindən Qərbi azərbaycanlıların deportasiyasına görə üzr istəməyi, Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağı, qayıdışa şərait yaratmağı, Azərbaycan xalqına məxsus olan mədəni irsin dağıdılması və təhrif edilməsi siyasətinə son qoymağı, silahlanmanı dayandırmağı və üzərinə götürdüyü öhdəliklərinə uyğun olaraq kommunikasiya xətlərini açmağı tələb edirik”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO