İki islam dövləti ÜZ-ÜZƏ – Pakistanla Əfqanıstanı kim müharibəyə SÜRÜKLƏYİR?

Deyəsən, daha bir gərginlik ocağı alovlanmaqdadır. Söhbət Pakistanla Əfqanıstan arasında yaşanan qarşıdurmadan gedir. Belə ki, Pakistan və Əfqanıstanın sərhəd bölgəsində son günlər gərginlik pik həddə çatıb.

"Bild" nəşrinin məlumatına görə, tərəflər artıq bir həftədən çoxdur ki, qarşılıqlı zərbələr endirir.

Dekabrın 24-də Pakistanın Əfqanıstanın şərqinə endirdiyi aviazərbələr nəticəsində ən azı 46 nəfər ölüb. Bu hücuma cavab olaraq Əfqanıstanın Taliban hakimiyyəti sərhədə təxminən 15 min əsgər və hərbi texnika cəmləşdirib. Daha sonra Taliban qüvvələri mübahisəli ərazilərdə bir neçə Pakistan mövqeyinə hücum edib və onları məhv edib. Yaranmış vəziyyətdə tərəflər arasında münaqişənin daha genişmiqyaslı müharibəyə çevrilmə riski böyükdür.
 

MÖVZU İLƏ BAĞLI:

Pakistanla Əfqanıstan arasında toqquşmalar davam edir - VİDEO


Əfqanıstanla Pakistan arasında müharibə başlayacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirir ki, Pakistanla Əfqanıstan arasında yaşanan qarşıdurmanın iri miqyaslı hərbi əməliyyata çevrilməsi ehtimalı azdır. Bununla belə, həmsöhbətimiz lokal xarakterli döyüşlərin baş verəcəyini istisna etməyib:

“Keçən əsrin 70-ci illərindən başlayaraq Pakistan Əfqanıstandakı Taliban hərəkatı və digər güclü tayfalar arasında hər zaman söz sahibi olub. Əfqanıstanda sovet rejiminə qarşı mübarizə hər zaman Pakistandan idarə olunub. Lakin ötən illər ərzində Amerika ilə yaranmış qarşıdurma fonunda Pakistanda hakimiyyətdə təmsil olunan müxtəlif klanlar anti-Amerika mövqeyini dəstəkləyərək, Əfqanıstandakı Taliban hərəkatına da dəstək veriblər.

Amma Taliban Əfqanıstanda hakimiyyəti ələ aldıqdan sonra, Pakistanın bu ölkədə mövqeyi zəiflədi. Taliban rejimi İslamabadla münasibətlərinə yenidən baxmağa başladı. Bu isə Pakistan tərəfindən müsbət qarşılanmadı və aralarında siyasi gərginlik yarandı. İndi isə həmin gərginlik artıq hərbi müstəviyə keçib.

Düzdür, bu iki ölkə arasında irimiqyaslı hərbi əməliyyatların baş verməsi o qədər də real deyil. Mövcud gərginlik daha çox lokal, mövqe savaşı kimi dəyərləndirilməlidir. O baxımdan hər iki tərəf iri miqyaslı münaqişəyə getməyəcək”.

Ekspertin fikrincə, bölgədə marağı olan dövlətlər-ABŞ, Böyük Britaniya və Çin də belə bir münaqişədə maraqlı deyillər:

“Onlar İslamabadla Kabul arasında münasibətlərin gərginləşməsinin qarşısını almaq istiqamətində konkret addımlar atacaqlar”.

Həmsöhbətimizə görə, bu iki ölkə arasında qarşıdurmada maraqlı olan qüvvə İrandır:

“Onlar arasında gərginliyin olması Tehranın maraqlarına cavab verir. Tehranın Əfqanıstana təsir imkanları da az deyil. Bu mənada düşünürəm ki, mövcud gərginliyin yaranmasına səbəb olan qüvvələrdən biri də məhz İrandır. Rusiya da burada müəyyən rol alır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda tikilən evlərin sayı AÇIQLANDI – ÖZƏL

Azərbaycanda tikilən evlərin sayı AÇIQLANDI – ÖZƏL

Mənzil bazarında kəskin BAHALAŞMA – RƏSMİ STATİSTİKA

Mənzil bazarında kəskin BAHALAŞMA – RƏSMİ STATİSTİKA

İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü

İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü

Gündə neçə stəkan çay içməliyik?

Gündə neçə stəkan çay içməliyik?

Ötən il Azərbaycanda bu xəstəliklər ARTIB

Ötən il Azərbaycanda bu xəstəliklər ARTIB

Bakıda oğurluq edən qardaşlar saxlanıldı – ANBAAN VİDEO

Bakıda oğurluq edən qardaşlar saxlanıldı – ANBAAN VİDEO

TƏCİLİ! Bakıda qar yağacaq, çovğun və şaxta olacaq – XƏBƏRDARLIQ

TƏCİLİ! Bakıda qar yağacaq, çovğun və şaxta olacaq – XƏBƏRDARLIQ

Türkiyə klubu “Qarabağ”ın legioneri ilə MARAQLANIR

Türkiyə klubu “Qarabağ”ın legioneri ilə MARAQLANIR

Azərbaycanda qazi virusdan həyatını itirdi

Azərbaycanda qazi virusdan həyatını itirdi

Prezident və birinci xanım İsveçrədə səfərdədir – FOTO

Prezident və birinci xanım İsveçrədə səfərdədir – FOTO

Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinə cinayət işi açıldı

Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinə cinayət işi açıldı

Bu şəxslərin orta aylıq maaşı 2 min manatı ÖTDÜ – RƏSMİ

Bu şəxslərin orta aylıq maaşı 2 min manatı ÖTDÜ – RƏSMİ

Ermənistanla Rusiya arasında “Karapetyan düyünü” – Həbs olunan milyarderin MÜƏMMALI AQİBƏTİ

Ermənistanla Rusiya arasında “Karapetyan düyünü” – Həbs olunan milyarderin MÜƏMMALI AQİBƏTİ

Eniş zamanı sərnişin təyyarəsinin şassisi qopdu – ANBAAN VİDEO

Eniş zamanı sərnişin təyyarəsinin şassisi qopdu – ANBAAN VİDEO

Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı

Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı

Hindistan səfiri Şəhidlər xiyabanını ziyarət etməyib – FOTO

Hindistan səfiri Şəhidlər xiyabanını ziyarət etməyib – FOTO

Qobu sakinlərinin yol problemi: "KÜÇƏLƏR KEÇİLMƏZ VƏZİYYƏTDƏDİR" – VİDEO

Qobu sakinlərinin yol problemi: "KÜÇƏLƏR KEÇİLMƏZ VƏZİYYƏTDƏDİR" – VİDEO

“Milan” evdə qalib gəldi - VİDEO

“Milan” evdə qalib gəldi - VİDEO

Azərbaycanda nikahların sayı azalıb – Boşanmalar isə...

Azərbaycanda nikahların sayı azalıb – Boşanmalar isə...

İsrailin Azərbaycandakı keçmiş səfiri vəfat etdi

İsrailin Azərbaycandakı keçmiş səfiri vəfat etdi

Sabah Bakıda bu yollar BAĞLANACAQ – SİYAHI

Sabah Bakıda bu yollar BAĞLANACAQ – SİYAHI

Azərbaycanda əhalinin sayı AÇIQLANDI

Azərbaycanda əhalinin sayı AÇIQLANDI

Polis Bakının mərkəzindəki yanğına belə müdaxilə etdi – ANBAAN VİDEO

Polis Bakının mərkəzindəki yanğına belə müdaxilə etdi – ANBAAN VİDEO

Suriya ordusu kürd terrorçularından əraziləri geri alır – VİDEO

Suriya ordusu kürd terrorçularından əraziləri geri alır – VİDEO

End of content

No more pages to load

RADİO