Qış fasiləsində ölkədən kənarda toplanış keçəcək yeganə klubumuz olan “Turan Tovuz”un yoxlama oyunlarındakı ilk rəqibi bəlli olub.
Bizim.Media xəbər verir ki, Kurban Berdıyevin komandası Rumıniya klubu “Qloriya Buzeu” komandası ilə qarşılaşacaq.
Oyunun keçirilmə vaxtı hələ müəyyənləşməyib.
Qeyd edək ki, “Turan Tovuz”un Antalya toplanışı yanvarın 4-dən başlayacaq.
Bizim.Media