Yaxın gələcəkdə Ermənistan Müdafiə Nazirliyində bir sıra işdən çıxarılma və istefa ərizələri davam edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə İrəvanın "Joxovurd" qəzeti yazıb.
Nəşrin müəlliflərinə görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan yaxın vaxtlarda istefa verəcək.
“Baş Qərargahın keçmiş rəisi Onik Qasparyan vəzifəsindən azad edildikdən sonra onu Qalstyan əvəz edib. Hər yolla onu motivasiya etməyə çalışıblar, amma o, getməyə qərar verib”, deyə nəşr bildirib.
Bizim.Media