Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?

Avropa İttifaqının Ermənistandakı missiyasının başa çatmasına 1 aydan bir qədər artıq vaxt qalıb. Hələlik mandatın uzadılması ilə bağlı hər hansı bir qərar yoxdur. Lakin bu barədə müəyyən fikirlər səslənir. Belə ki, baş nazir Paşinyan bu günlərdə Azərbaycanla delimitasiya prosesinin başa çatdığı ərazilərdə Aİ missiyasının olmasına ehtiyac olmadığını bəyan edib.

Erməni mətbuatının yazdığına görə, həmin missiya müddət bitəndən sonra artıq sərhəddə deyil, ərazidən kənarda yerləşən şəhərlərdə yerləşəcək. Onlara məlumatı isə sərhəddəki yerli qurumlar ötürəcəklər.

Qeyd edək ki, 2022-ci ilin dekabrından formalaşdırılmasına start verilmiş bu missiya faktiki olaraq regionda gərginlik yaradır. 2023-cü ilin yanvarından fəaliyyətə başlayan  mülki missiya üzvlərinin sayı hazırda 209-a yüksəldilib. Ermənistanla Aİ- arasında yekun razılığa əsasən, onların fəaliyyətinə gələn ilin fevralında son qoyulmalıdır

Nəhayət Aİ missiyasının fəaliyyətinə son qoyulacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, Aİ-nin, o cümlədən İrəvanın özünün Ermənistandakı müşahidə missiyasının fəaliyyətinə son qoymaq niyyəti hiss olunmur:

“Avropa Birliyinin Ermənistandakı mülki nümayəndə heyəti 2023-cü ilin fevralın 20-dən fəaliyyət göstərir. Ermənistan Azərbaycanla sülh müqaviləsinin hələ imzalanmadığı və buna görə də tərəflər arasındakı nisbi sərhədlərdə stabilliyin tez-tez pozulduğunu iddia edərək Azərbaycanla həmsərhəd bölgələrdə Aİ tərəfindən monitorinqin aparılması məqsədilə quruma müraciət edib.

Azərbaycanla həmsərhəd bölgədə Aİ-nin nümayəndə heyəti rəsmi Bakı ilə razılaşdırılmış şəkildə monitorinq aparmağa məsul olduğu halda, ilk gündən bu razılığın şərtləri qurumun mandat adı altında fəaliyyət göstərənləri tərəfindən pozulub.

Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün Ermənistana ünvanladığı tələblər sırasında Aİ-nin mülki nümayəndə heyətinin sərhədlərimiz yaxınlığında fəaliyyətinə son qoyulması, ümumiyyətlə onun missiyasının ləğvi tələbləri də var. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın NATO strukturlarını rəsmi Bakının razılığı olmadan sərhədlərimizə doğru irəliləməsi üçün şərait yaratdığını bəyan etməklə Paşinyan hakimiyyətinin hərəkətlərində bölgənin təhlükəsizliyinə təhdidin olduğunu bildirib və həmin nümayəndə heyətinin Azərbaycanla təmas xəttindən uzaqlaşdırılmasını tələb edib.

Ermənistanın xarici işlər naziri isə Aİ nümayəndə heyətinin Azərbaycanla münasibətlərdə etimadın artmasına xidmət etməsi ilə bağlı qeyri-ciddi dəlillərə istinad etməklə onların mandat müddətinin artırılması xahişilə müraciət edəcəklərini bildirib. Halbuki, rəsmi Bakı Aİ-nin mülki fəaliyyət adı ilə sərhədlərimiz yaxınlığında kəşfiyyat materiallarını toplaması, habelə nümayəndə heyətinin tərkibindəki Qərbin xüsusi xidmət orqanlarının əməkdaşlarının dövlətimizin lehinə olmayan işlərlə məşgul olmaları barədə kəşfiyyat materiallarının olduğunu bildirir.

Müsahibimiz qeyd edib ki, Azərbaycanla münasibətlərdə gərginlikdən yayınmağa çalışan rəsmi İrəvan kompromis variant olaraq Aİ-nin mülki nümayəndə heyəti əməkdaşlarının sərhədlərdən şəhərlərə keçiriləcəyi və onların öz işlərini bundan sonra onlayn qaydada aparacaqlarını bəyan edib:

Həmçinin, Ermənistanın xahişini nəzərə alaraq Aİ öz nümayəndə heyətinin tərkibini 108-dən 239 nəfərə qədər artırmağı planlaşdırır. Bu isə, Erməmistanla iş birliyində olan Qərbdəki bəlli dairələrin regionun təhlükəsizliyinə dair mövqelərindən geri çəkilmək fikrində olmadıqlarının bariz göstəricisidir. Bütün bunlar onu deməyə əsas verir ki, Aİ, o cümlədən İrəvanın özü də hələlik qurumun mülki missiyasından bərk-bərk yapışmağa davam edəcəklər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu kəndə köçənlərə 54 min manat verilir

Bu kəndə köçənlərə 54 min manat verilir

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Mark Zuckerberg süni intellektl agenti yaradır

Mark Zuckerberg süni intellektl agenti yaradır

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

End of content

No more pages to load

RADİO