Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir? – ARAŞDIRMA

Rəsmi statistikaya əsasən, istehlak kreditləri götürən əhalinin 95 faizinin sığortası yoxdur. Belə ki, kredit borcuna girən şəxslər üçün bu sığortaya maraq olduqca aşağıdır.

Həyat sığortası nə zaman məcburidir?

Ölkəmizdə əmlak alışı üçün nəzərdə tutulan ipoteka krediti götürülən zaman həyat sığortası mütləq sayılır. Həyat sığortası zamanı həyatın və ya əmək qabiliyyətinin itirilməsi şəraitində borclu bank müştərisi kredit müqaviləsi üzrə qalıq borca bərabər məbləğ sığorta şirkəti tərəfindən ödənilir. Belə olan halda, borc tam qarşılanır və ev onun (və ya varisinin) mülkiyyətində qalır.
 

MÖVZU İLƏ BAĞLI:

“Kredit büroları haqqında” qanun DƏYİŞDİ – Bu bildiriş ödənişsiz oldu


Qeyd edildiyi kimi, ölkəmizdə istehlak kreditləri üçün bu, könüllüdür və əhalinin buna marağı olduqca aşağıdır. 2023-cü ilin sonunda istehlak kreditlərinin həcmi tarixi maksimumu yeniləməklə 7 mlrd. 141.9 milyon manat ekvivalentinə qalxsa da, kreditlər üzrə cəmi 3.83 mln. manat sığortalanma qeydə alındı.

Nəzərə alaq ki, kredit həyat sığortası kredit müraciəti zamanı könüllü olaraq təklif edilir. Kredit götürən şəxs bu üstünlükdən yararlana da bilər, üstünlükdən imtina da edə bilər. 

Kredit həyat sığortasının qiyməti kredit götürən şəxsin yaşı, kreditin müddəti və məbləğindən asılı olaraq dəyişir. Və təbii ki, müştərinin ödədiyi məbləğ qarşılığında əldə edəcəyi təminat olduqca yüksəkdir.

Kredit həyat sığortası tam olaraq kredit müddətini əhatə edir.

Müştərinin ölüm, xəstəlik və ya bədbəxt hadisə nəticəsində əlilliyinin təyin olunması hallarında, sığorta şirkəti qalan kredit borcunu qarşılayır

Kredit götürənin vəfat etməsi və ya xəstəlik, bədbəxt hadisə nəticəsində əlilliyinin yaranması hallarında bu sığorta məhsulu çərçivəsində kredit borcunun ödənilməsi təmin edilir. Bu hallarda borcun ödənilməsi həyat sığorta şirkəti tərəfindən həyata keçirilir.

Məhsul kredit götürənin ailəsinin maddi çətinliklərlə üzləşməsinin qarşısını almaq məqsədi daşıyır. İstehlak krediti götürən şəxsin və ailəsinin maliyyə təhlükəsizliyini təmin etmək üçün olduqca faydalı məhsuldur.

Kredit həyat sığortasına maraq niyə azdır?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən millət vəkili Vüqar Bayramov bildirib ki, istehlak krediti götürən bəzi şəxslər dünyasını dəyişən zaman banklar qalan vəsaiti mərhumun yaxınlarından tələb edir:

“Bu da istər-istəməz narazılıq yaradır. Belə xoşagəlməz halların yaranmasına səbəbsə sığortadan istifadə edilməməsidir. Sığortadan istifadə edilməməsi məhz öhdəliyin bölüşdürülməməsinə gətirib çıxarırdı. Artıq istehlak kreditlərinin sığortalanması imkanları var. Bu da nəticə etibarı ilə imkan verir ki, istehlak krediti götürən şəxs dünyasını dəyişdiyi zaman və yaxud sağlamlığında hər hansı bir ciddi problem yarananda kreditin qalan hissəsi ailə üzvləri yox, sığorta şirkəti tərəfindən ödənilsin. Bununla da kredit götürən şəxs dünyasını dəyişən zaman onun yaxınları heç bir öhdəlik daşımayacaq”.

Müsahibimiz deyib ki, bu gün istehlak kreditlərinin ümumi həcmi ölkə üzrə 7 milyard manatdan artıqdır:

“3 milyondan artıq vətəndaşımızın istehlak krediti var. Ona görə də belə vəziyyətdə risklərin idarə edilməsinə sığorta şirkətlərinin cəlb edilməsi vacibdir.

Nəzərə alaq ki, risklərin idarə olunması kommersiya banklarına kredit faizlərini aşağı salmaq imkanları yaradır. Çünki risklər nə qədər çox idarə olunursa, risqlər bir o qədər də azalır. Bu da banklara imkan verir ki, kredit faizləri daha şox aşağı salınsın. Lakin ötən müddətdə kredit həyat sığortasına marağın azlığı sual doğurur. Bu da onunla bağlı ola bilər ki, banklar ya vətəndaşlara sığortanın üstünlüklərini lazımınca izah etmir, ya da vətəndaşlar əlavə xərcdən qaçır”.

Kredit həyat sığortasına marağın az olmasının əsas səbəbləri

Hüquqşünas Əkrəm Həsənov isə qeyd edib ki, kredit həyat sığortasına marağın azlığının 2 səbəbi var:

Birinci səbəb odur ki, kredit götürən şəxs əlavə xərcə düşmək istəmir. Amma o düşünmür ki, bu sığorta ona bir rahatlıq gətirir. İkinci səbəbsə psixoloji məsələdir. Heç kimi sabahı düşünmür, bu günlə yaşayır. Düşünən yoxdur ki, mən sabah xəstə düşə və yaxud qəflətən ölə bilərəm. Bu zaman isə övladlarımı ağır yük altında qoya bilərəm.

Belə xoşagəlməz vəziyyətdən sığortalanmağın ən yaxşı yolu da sığortadır. Əgər həyat sığortan varsa, sabah əmək qabiliyyətini itirəndə və hətta dünyadan qəfil köçəndə bu sığorta növü hər bir şəxsi xoşagəlməz hallardan sığortalayır. Amma çox təəssüf ki, insanlar bu sığorta növündən faydalanmaqda tərəddüd edirlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah Sumqayıtda 900 abonentin QAZI OLMAYACAQ

Sabah Sumqayıtda 900 abonentin QAZI OLMAYACAQ

“Qaradağ Lökbatan”dan 13 qollu qələbə

“Qaradağ Lökbatan”dan 13 qollu qələbə

Bakıda bacı və qardaş faciəli şəkildə ÖLDÜLƏR - VİDEO

Bakıda bacı və qardaş faciəli şəkildə ÖLDÜLƏR - VİDEO

Tanınmış aparıcının qızı NİŞANLANDI - VİDEO

Tanınmış aparıcının qızı NİŞANLANDI - VİDEO

Qayınanasının ölümünə görə efirdə saxlanılan Əfsanə DANIŞDI - VİDEO

Qayınanasının ölümünə görə efirdə saxlanılan Əfsanə DANIŞDI - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Ağcabədidə QƏZA: Şəhid bacısı xəsarət aldı

Ağcabədidə QƏZA: Şəhid bacısı xəsarət aldı

Azərin qızının ad gününü belə QEYD ETDİLƏR - VİDEO

Azərin qızının ad gününü belə QEYD ETDİLƏR - VİDEO

Benzema Pikassonun milyon avroluq tablosunu ALDI - FOTO

Benzema Pikassonun milyon avroluq tablosunu ALDI - FOTO

Prokuror Karen Avanesyana 18 il həbs cəzası istədi

Prokuror Karen Avanesyana 18 il həbs cəzası istədi

Xalq artistindən TƏNQİD: “Azadlığı əxlaqsızlığa gətirib çıxardıblar” - VİDEO

Xalq artistindən TƏNQİD: “Azadlığı əxlaqsızlığa gətirib çıxardıblar” - VİDEO

Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib - FOTO

Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib - FOTO

Dünyanın ən bahalı “yolka” ağacları: Milyarderləri belə şoka salacaq FAKTLAR

Dünyanın ən bahalı “yolka” ağacları: Milyarderləri belə şoka salacaq FAKTLAR

“Mançester Yunayted”də CİDDİ İTKİ

“Mançester Yunayted”də CİDDİ İTKİ

Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi TƏBRİK ETDİ

Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi TƏBRİK ETDİ

Zelenski Sibiqanın istefası ilə bağlı şayiələri TƏKZİB ETDİ - VİDEO

Zelenski Sibiqanın istefası ilə bağlı şayiələri TƏKZİB ETDİ - VİDEO

Arayikgil məhkəmədə son söz DEYİBLƏR - FOTO

Arayikgil məhkəmədə son söz DEYİBLƏR - FOTO

7 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşdi

7 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşdi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi avtoqəzada ölüb

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi avtoqəzada ölüb

“Fənərbağça” italiyalı futbolçu ilə danışıq aparır

“Fənərbağça” italiyalı futbolçu ilə danışıq aparır

Masallıda şərab evində saxta alkoqollu içkilər aşkarlandı - FOTO

Masallıda şərab evində saxta alkoqollu içkilər aşkarlandı - FOTO

Ukrayna ordusu Rusiyada neft terminalı effektiv zərbələr endirib

Ukrayna ordusu Rusiyada neft terminalı effektiv zərbələr endirib

Bakının bəzi yerlərində QAZ OLMAYACAQ

Bakının bəzi yerlərində QAZ OLMAYACAQ

“Hər şey yanıb külə dönüb, pullarım, qızıllarım…” - Göyçayda yanan evin sahibləri DANIŞDI

“Hər şey yanıb külə dönüb, pullarım, qızıllarım…” - Göyçayda yanan evin sahibləri DANIŞDI

End of content

No more pages to load

RADİO