"Şamaxı"nın qış fasiləsi üçün hazırlıq planı məlum olub.
Bizim.Media xəbər verir ki, bölgə klubu təlim-məşq toplanışını ölkədə keçəcək.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv mövsümün ikinci yarısına Bakıda hazırlaşacaq.
"Şamaxı"nın yoxlama oyunlarında üz-üzə gələcəyi rəqiblər də məlumdur. Komanda "Zirə" və "Sabah"la qarşılaşacaq. Matçların hansı tarixlərdə baş tutacağı bəlli deyil.
Rəşad Rafiqoğlu, Bizim.Media