Oskar mükafatına namizədlərin qısa siyahısı AÇIQLANDI

Amerika Kino Sənəti Akademiyası çərşənbə axşamı 10 kateqoriya üzrə Oskar mükafatına namizədlərin qısa siyahısını açıqlayıb.

Bizim.Media xəbər verir ki, “Ən yaxşı xarici bədii film” nominasiyasında 15 film mübarizə aparacaq.

Bu filmlər arasında braziliyalı rejissor Valter Sallesin “Mən hələ də buradayam” (I'm Still Here), fransız Jak Audiardın “Emilia Peres” (Emilia Pérez), danimarkalı rejissor Maqnus fon Hornun “İynəli qız” (The Girl with the Needle), çex rejissoru irji Madlanın "Dalğalar" (Waves) və islandiyalı Baltasar Kormakurun "Təmas" (Touch) əsərləri də yer alır. Həmçinin Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Latviya, Norveç, Fələstin və Taylanddan olan digər filmlər də bu nominasiyada mübarizə aparacaq.

“Ən yaxşı musiqi” nominasiyasına “Çallengerlər” (Challengers), “Konklav” (Conclave), “Vəhşi robot” (The Wild Robot), “Beetlejuice Beetlejuice” və “Inside Out 2” kimi filmlər daxildir. "Ən yaxşı sənədli film" kateqoriyasına isə “Qara qutu gündəlikləri” (Black Box Diaries), “Dahomey”, “Frida”, “Hollywoodqeyt” (Hollywoodgate) və “Porcelan müharibəsi” (Porcelain War) daxil olub.

Bundan əlavə, digər nominasiyalar üzrə də qısa siyahılar təqdim edilib: “Ən yaxşı qısametrajlı sənədli film”, “Ən yaxşı makiyaj və saç düzümü”, “Ən yaxşı mahnı”, “Ən yaxşı qısametrajlı cizgi filmi”, “Ən yaxşı qısametrajlı film”, “Ən yaxşı səs” və “Ən yaxşı vizual effektlər”.

97-ci Akademiya Mükafatları 2 mart 2025-ci ildə keçiriləcək. Tədbiri amerikalı komediyaçı Konan O'Brayen aparacaq.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Deputat: “Azərbaycanda boşanmaları azaltmaq üçün qanunu sərtləşdirmək faydasızdır”

Deputat: “Azərbaycanda boşanmaları azaltmaq üçün qanunu sərtləşdirmək faydasızdır”

Bu klub “Qarabağ”a növbəti dəfə təklif göndərdi

Bu klub “Qarabağ”a növbəti dəfə təklif göndərdi

Sahibə Qafarova Monteneqro XİN rəhbəri ilə görüşdü – FOTO

Sahibə Qafarova Monteneqro XİN rəhbəri ilə görüşdü – FOTO

Gürcüstan 60-dan artıq azərbaycanlı tələbəyə dövlət təqaüdü AYIRDI

Gürcüstan 60-dan artıq azərbaycanlı tələbəyə dövlət təqaüdü AYIRDI

Tanınmış idmançı qeyri-adi bir sınağa imza atdı – FOTO

Tanınmış idmançı qeyri-adi bir sınağa imza atdı – FOTO

Ukrayna Rusiyanın iki "Su-27" qırıcısını vurdu – FOTO

Ukrayna Rusiyanın iki "Su-27" qırıcısını vurdu – FOTO

Filmlərdəki kimi deyil: Niyə yadplanetlilərlə ilk təmas faciəvi ola bilər?

Filmlərdəki kimi deyil: Niyə yadplanetlilərlə ilk təmas faciəvi ola bilər?

Azərbaycan İspaniyaya neft ixracını bərpa ETDİ

Azərbaycan İspaniyaya neft ixracını bərpa ETDİ

Keçmiş məcburi köçkünləri sevindirəcək xəbər

Keçmiş məcburi köçkünləri sevindirəcək xəbər

Azərbaycan və Monteneqro XİN başçıları görüşdü – FOTO/YENİLƏNİB

Azərbaycan və Monteneqro XİN başçıları görüşdü – FOTO/YENİLƏNİB

Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi – FOTO

Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi – FOTO

Qaynanmış yumurtanı tezbazar soymağın ən asan ÜSULU

Qaynanmış yumurtanı tezbazar soymağın ən asan ÜSULU

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Cinayət törədən 48 nəfər SAXLANILDI

Cinayət törədən 48 nəfər SAXLANILDI

Həmin hissəni kəsib atmaq da işə yaramır - Belə çörəkləri yeməyin

Həmin hissəni kəsib atmaq da işə yaramır - Belə çörəkləri yeməyin

Alimlər “3I/ATLAS” kometasında qəribə enerji sıçaryışı aşkarladılar

Alimlər “3I/ATLAS” kometasında qəribə enerji sıçaryışı aşkarladılar

DYP sürücülərə MÜRACİƏT ETDİ

DYP sürücülərə MÜRACİƏT ETDİ

Yaşar Güler: "Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək"

Yaşar Güler: "Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək"

Mingəçevirdəki “Baku Electronics” bağlandı – FOTO/VİDEO

Mingəçevirdəki “Baku Electronics” bağlandı – FOTO/VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq – PROQNOZ

Sabah bəzi yerlərdə yağış yağacaq – PROQNOZ

Bakıda 19 yaşlı oğlan qəfil dünyasını dəyişdi

Bakıda 19 yaşlı oğlan qəfil dünyasını dəyişdi

Türkiyə gözəli seçildi – FOTO

Türkiyə gözəli seçildi – FOTO

Sürücülərin NƏZƏRİNƏ! Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ! Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Meyxanaçı Ağakərim dəfn edildi – FOTO/VİDEO

Meyxanaçı Ağakərim dəfn edildi – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO