Ağadadaş Ağayevin səhhəti pisləşdi

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyev sədrlik etdiyi proses Ağadadaş Ağayevin sağlıq durumu ilə bağlı prosesə qatılmaması səbəbindən baş tutmayıb.

Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə - silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. İş üzrə 2 zərərçəkmiş şəxs tanınıb. Bu şəxslər “MedEra Hospital”ın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilovdur.

Ötən prosesdə təqsirləndirilən Ağadadaş Ağayev sərbəst ifadə verib, prokurorun, zərərçəkən və hakimin suallarını cavablandırıb.

Ağadadaş Ağayev məhkəmədə qalmaqallı ifadə verib, mühafizəçi Nurəddin Cəlilova ardıcıl hücumları zamanı əlində olan baltanın oyuncaq olmasını sübut etməyə çalışıb.

“Onun adı baltadır, əslində balta deyil!” “O, ət baltası deyil, oyuncaqdır” deyə Ağadadaş Ağayev bildirib. O, zərərçəkənlər Nurəddin Cəlilovun və Nəzakət Paşayevanın xanım vəkillərinin hadisənin baş vermə səbəblərinin ortaya çıxarılmasına xidmət edən suallarına cavab verməkdən yayınıb.

“Sən mənə sual verə bilməzsən!” “Bu, nə suallardır mənə verir? İçki içirsən, içmirsən? Ara adamı kimi suallar verir. Dombalaq aşırsan, aşmırsan...” şəklində, olduqca aqressiv tonda cavab verməklə, vəkilləri “savadsız” adlandırmaqla diqqət çəkib.

Vəkillər Ağadadaş Ağayevin aqressiv tonunun psixoloji durumundan qaynaqlana biləcəyini əsas gətirməklə növbəti proseslərdə onun məhkəmə-psixiatrik ekspertizadan keçirilməsi üçün vəsatət verəcəklərini istisna etməyiblər.

Yada salaq ki, məhkəmənin ilk iclasında zərərçəkmiş Nurəddin Cəlilovun vəkili vəsatətlə çıxış edərək təqsirləndirilən şəxsin əməlində daha ağır əməlin əlamətləri mövcud olduğunu deyib.

Onun sözlərinə görə, əməldə 29,120.2.2- ci (qəsdən xuliqanlıq niyyəti adam öldürməyə cəhd) və 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddələri ilə ittihamın əlamətləri var, baltanı zərərçəkmişə tərəf atması istintaq sənədləri ilə sübuta yetirilib:


“Zərərçəkmiş şəxs bu barədə istintaq zamanı vəsatət verib. Amma vəsatət təmin edilməməklə zərərçəkmiş şəxsin hüququ pozulub. Biz işin ibtidai istintaqa qaytarılmasını istəyirik”.

Vəkil Ağadadaş Ağayevin barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəsə də, dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların olmadığını demişdi. Hakim vəsatəti təmin etməyib.

Məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub. Cinayət işlərindən birində Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır.


Tamamlanaraq Binəqədi Rayon Məhkəməsinə göndərilən cinayət işi də məhz budur. Bu il oktyabrın 31-nə təyin olunan məhkəmənin hazırlıq iclasına Ağadadaş Ağayev qatılmamışdı.

Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir. Hazırda Nurəddin Cəlilovun cinayət işi üzrə istintaq davam edir.

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevin müttəhim statusunda olduğu cinayət dosyesi üzrə tərəflər ibtidai istintaq zamanı 1 dəfə üzləşdiriliblər. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baş tutan və 1 saata yaxın davam edən üzləşdirmədə Ağadadaş Ağayev baltalı hücumu ilə bağlı inkarçı mövqe tutub, mühafizəçiyə atdığı baltanı “məişət əşyası” adlandırıb, baş verənlərdə məsuliyyəti Nurəddin Cəlilovun üstünə atmağa çalışıb.

Xatırladaq ki, iyulun 22-də Binəqədi rayonu ərazisində baş vermiş insidentdən sonra Ağadadaş Ağayev videomüraciət yayaraq hadisə ilə bağlı öz versiyasını təqdim edib.

Bundan sonra onun balta ilə hücum etdiyi mühafizəçi Nurəddin Cəlilov Musavat TV-nin qonağı olub. Baş vermiş insidentin detallarını açıqlayan Nurəddin Cəlilov Ağadadaş Ağayevin baltalı hücumuna rəğmən, onunla barışa biləcəyini dilə gətirib.

Deyib ki, Ağadadaş Ağayevi yerə yıxandan sonra vurduğuna görə peşmandır və üzrxahlıq da edib. Birbaşa efirdən Ağadadaş Ağayevə ünvanlanan sülh təklifinə xalq artisti ötən müddət ərzində reaksiya verməyib. Ağadadaş Ağayevin vəkili Şəfa Camalzadə isə müvəkkilinin ona uzanan barışıq əlini sıxıb-sıxmayacağına aydınlıq gətirməyib. İnsidentlə bağlı yayılan videolardan aydın olur ki, Ağadadaş Ağayev “MedEra Hospital”ın yerləşdiyi binanın mühafizə xidmətində çalışan Nurəddin Cəlilova bir dəfə deyil, 3 dəfə hücum edib.

Nurəddin Cəlilov Musavat.com-un əməkdaşına deyib ki, Ağadadaş Ağayevlə insidentə səbəb xalq artistinin ona nalayiq ifadələr işlətməsi olub:

“Hadisə səhər saat 8-ə qalmış baş verib. Mən “MedEra Hospital”a gələn xəstəyə aid avtomobili park edən vaxt yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermirdim. Sonra o, yenə təkidlə mənə “bura gəl, qorxma, gəl bura” deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə.

Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam? O, yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o, mənə üzünü tutaraq “ermənidən əmələ gələn, sənə demirəm bura gəl...”, - deyə qışqırmağa başladı. Daha sonra o, yenə söyüşlərə davam etməyə başladı”.

Mühafizəçi bildirib ki, bu söyüşlərdən sonra Ağadadaş Ağayev əlində balta “MedEra Hospital”ın həyətinə doğru irəliləməyə başlayıb:

“Mən həmin vaxt öz işimlə məşğul idim. Bir də gördüm ki, uzaqdan “mən səni baltalayaram və heç kim mənə heç nə edə bilməz!” ifadələrini qışqıra-qışqıra deyərək, mən tərəfə yaxınlaşmağa başlayır. O, yenə nalayiq ifadələr işlədir, mən yenə də ona fikir vermirəm və iki dəfə ərazidən uzaqlaşıram. Daha sonra o, baltanı mən tərəfə atır və bundan sonra baş verən hadisələr məlumdur. Əgər məsələ Ağadadaş Ağayevin dediyi kimidirsə, ona həkim lazım olubsa, niyə mənə hücum etmək əvəzinə elə “MedEra”ya daxil olmurdu? Məni 3 dəfə balta ilə “MedEra”nın qapısına qədər qovan Ağadadaş Ağayev niyə 1 dəfə hospitalın içinə daxil olub həkim istəmədi?”

Ağadadaş Ağayevə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.

İttiham təsdiqlənərsə, müttəhim 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Məhkəmə prosesi 8 yanvar, 2025-ci ilə kimi təxirə salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kafenin qarşısında DAVA: 35 yaşlı kişini döyüb öldürdülər

Kafenin qarşısında DAVA: 35 yaşlı kişini döyüb öldürdülər

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

III kurs tələbəsi vəfat etdi

III kurs tələbəsi vəfat etdi

Netanyahu: "İranda hakimiyyət dəyişikliyi üçün şərait yaratmışıq"

Netanyahu: "İranda hakimiyyət dəyişikliyi üçün şərait yaratmışıq"

Argentina və Fransa yenidən meydanda - Həyəcan davam edir

Argentina və Fransa yenidən meydanda - Həyəcan davam edir

Qadın məmur 2 milyon dolları mənimsəmək üçün özünü qaçırtdı

Qadın məmur 2 milyon dolları mənimsəmək üçün özünü qaçırtdı

Pirəkəşkül sakinlərinə: “Təşvişə düşməyin!”

Pirəkəşkül sakinlərinə: “Təşvişə düşməyin!”

Dəfn müavinəti kimə 600 manat, kimə 3 misli ödənilir? - Vətəndaşların bilməli olduğu QAYDALAR

Dəfn müavinəti kimə 600 manat, kimə 3 misli ödənilir? - Vətəndaşların bilməli olduğu QAYDALAR

Dünyanın ən böyük qaz emalı müəssisəsində DƏHŞƏTLİ PARTLAYIŞ – VİDEO

Dünyanın ən böyük qaz emalı müəssisəsində DƏHŞƏTLİ PARTLAYIŞ – VİDEO

Çimərliyə getmək istəyənlərə XƏBƏRDARLIQ

Çimərliyə getmək istəyənlərə XƏBƏRDARLIQ

Hüseyn Məhəmmədoğlu: “Get dişini düzəlt, pulun yoxdur?”

Hüseyn Məhəmmədoğlu: “Get dişini düzəlt, pulun yoxdur?”

Təkcə itlər deyilmiş: Keçilər də insanın səs istiqamətini izləyə bilir

Təkcə itlər deyilmiş: Keçilər də insanın səs istiqamətini izləyə bilir

Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?

Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?

Ukraynadan növbəti PUA HÜCUMLARI – Moskvada ardıcıl partlayışlar – ANBAAN VİDEO

Ukraynadan növbəti PUA HÜCUMLARI – Moskvada ardıcıl partlayışlar – ANBAAN VİDEO

Trampın tərəfdarı Kolumbiyada prezident seçkilərində qalib gəlir

Trampın tərəfdarı Kolumbiyada prezident seçkilərində qalib gəlir

Yağışdan sonra gölməçələr tarixə qovuşa bilər: Bakıda iri layihə icra olunur – VİDEO

Yağışdan sonra gölməçələr tarixə qovuşa bilər: Bakıda iri layihə icra olunur – VİDEO

Anadangəlmə yüksək intellektə malik 4 bürc

Anadangəlmə yüksək intellektə malik 4 bürc

İran-ABŞ danışıqlarının NƏTİCƏLƏRİ – Razılaşma əldə olunan məsələlər AÇIQLANDI - FOTO

İran-ABŞ danışıqlarının NƏTİCƏLƏRİ – Razılaşma əldə olunan məsələlər AÇIQLANDI - FOTO

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda bədbəxt hadisə: 57 yaşlı kişi vəfat etdi

Sumqayıtda bədbəxt hadisə: 57 yaşlı kişi vəfat etdi

DÇ-2026: Uruqvay- Kabo Verde oyununda qapılara 4 qol vululdu - VİDEO

DÇ-2026: Uruqvay- Kabo Verde oyununda qapılara 4 qol vululdu - VİDEO

ABŞ-ın İrana qarşı hərbi əməliyyatları neçəyə başa gəlib? – ŞOK MƏBLƏĞ

ABŞ-ın İrana qarşı hərbi əməliyyatları neçəyə başa gəlib? – ŞOK MƏBLƏĞ

Baydenin memuarları ətrafında qalmaqal: Səs yazılarının verilməsi barədə qərar çıxarıldı

Baydenin memuarları ətrafında qalmaqal: Səs yazılarının verilməsi barədə qərar çıxarıldı

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

End of content

No more pages to load

RADİO