2025-ci il üçün QORXUNC PROQNOZ – Bu bölgələrdə münaqişələr ALOVLANACAQ...

2024-cü il artıq başa çatmaq üzrədir. Bu il dünya siyasətində əsasən müharibələr ili kimi yadda qaldı. Belə ki, Rusiya ilə Ukrayna arasında müharibə cari ildə də davam edib. ABŞ-da Trampın hakimiyyətə qayıdışı ilə bu müharibənin bitəcəyinə olan ümidlər artsa da, hər halda cari ildə tərəflər silahı yerə qoymayıblar.
 

MÖVZU İLƏ BAĞLI:

III Dünya Müharibəsi XƏBƏRDARLIĞI – Rusiya nüvə silahına əl ATACAQ?


Bundan başqa digər qaynar nöqtə olan Yaxın Şərq uğrunda savaş da davam edir. İsrail HƏMAS və “Hizbullah” üzərində qələbə çalaraq, mövqeyini xeyli gücləndirsə də, regionda müharibə hələ də bitməyib. Suriyada Bəşər Əsəd rejiminin devrilməsi demək olar ki, cari ilin ən mühüm hadisəsi oldu. Lakin bu hadisə belə regionda savaş mühitinin azalması anlamına gəlmir.

Bundan başqa, cari ildə dünyanın digər mərkəzlərində də gərginliklər yaşanıb. Xüsusən də Koreya yarımadasında gərginlik davam edir.

Belə bir vəziyyətdə planetimiz yeni ilə qədəm qoymaq ərəfəsindədir. Gözlənilən odur ki, 2025-ci ildə bir sıra müharibələrə son qoyulsun. Əsasən də, Trampın gəlişilə Ukrayna ilə Rusiya arasında savaşın bitməsi proqnozlaşdırılır.


Görəsən, 2025-ci ildə dünya siyasətini nələr gözləyir?


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirir ki, 2025-ci ildə dünyada hazırda yaşanan gərgin atmosfer ab-havası daha da yüksələcək:

“2025-ci ildə ABŞ-la Çin arasında gərginlik artacaq. Trampın hakimiyyətə gəlişilə Pekinlə Vaşinqton arasında münasibətlərdə yenidən kəskin soyuqluq yaşanacaq. Amma bütün hallarda bu gərginlik hərbi toqquşmalara gətirib çıxarmayacaq. Sadəcə olaraq, tərəflər arasında mübarizə iqtisadi sanksiyalar müstəvisində davam edəcək.

Həmsöhbətimiz düşünür ki, 2025-ci il həm də Ukraynanın Rusiya üzərində qələbə ili olacaq:

“Trampın sülh səylərinə baxmayaraq, burada müharibə davam edəcək. Atəşkəs və sülhün əldə edilməsi hələlik real deyil”.

Politoloq qeyd edir ki, gələn il İranın İsrail tərəfindən vurulması ehtimalı da böyükdür.

“İsrail Amerikanın köməyilə İranı vuracaq. Trampın buna yaşıl işıq yandıracağı istisna deyil. Başqa bir gərginlik ocağı isə Koreya yarımadası olaraq qalacaq. Şimali Koreyanın Cənubi Koreyaya hücum etməsi ehtimalını da istisna etməməliyik. Hazırda dünyanın ən qaynar nöqtələri yuxarıda qeyd etdiklərimdir ki, 2025-ci ildə həmin nöqtələrdə baş verənlər dünyanı yenidən qarışdıracaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yanvarın 3-də havanın temperaturu dəyişəcək

Yanvarın 3-də havanın temperaturu dəyişəcək

Rusiyanın Xarkova hücumu nəticəsində 30 nəfər yaralanıb - VİDEO

Rusiyanın Xarkova hücumu nəticəsində 30 nəfər yaralanıb - VİDEO

2026 kimlərə düşərli olacaq?

2026 kimlərə düşərli olacaq?

“Neftçi” bu ölkələrin klubları ilə meydana çıxacaq

“Neftçi” bu ölkələrin klubları ilə meydana çıxacaq

Bakıda binada YANĞIN: Zəhərlənən var

Bakıda binada YANĞIN: Zəhərlənən var

Qonşuda böyük xaos: İranda "livanlaşma" siqnalları

Qonşuda böyük xaos: İranda "livanlaşma" siqnalları

Ali təhsili olmayan rəqqasə necə REKTOR oldu?

Ali təhsili olmayan rəqqasə necə REKTOR oldu?

“İcazə almaq bu qədərmi çətindir?” - Video

“İcazə almaq bu qədərmi çətindir?” - Video

Azərbaycanın Pakistana 2 milyard dollarlıq sərmayə qoyması müzakirə edilib - FOTO

Azərbaycanın Pakistana 2 milyard dollarlıq sərmayə qoyması müzakirə edilib - FOTO

Qəza zamanı üzərinə məhəccər aşan 10 yaşlı Sərxanın vəziyyəti açıqlanıb

Qəza zamanı üzərinə məhəccər aşan 10 yaşlı Sərxanın vəziyyəti açıqlanıb

Azərbaycanın ixrac etdiyi bu məhsul 31 milyon dollara satılıb

Azərbaycanın ixrac etdiyi bu məhsul 31 milyon dollara satılıb

Əhaliyə pis xəbər: Bu ildən...

Əhaliyə pis xəbər: Bu ildən...

Meksika sahillərində güclü zəlzələ olub

Meksika sahillərində güclü zəlzələ olub

Bayramdan sonra işə adaptasiya olmağın yolları

Bayramdan sonra işə adaptasiya olmağın yolları

Bayramda yediklərimizi "əritməyin" sadə yolları

Bayramda yediklərimizi "əritməyin" sadə yolları

Almaniyada 0,7%, Azərbaycanda isə 108%...

Almaniyada 0,7%, Azərbaycanda isə 108%...

Dünya futbolunun ən bahalı hücumçuları kimlərdir? - SİYAHI

Dünya futbolunun ən bahalı hücumçuları kimlərdir? - SİYAHI

Azərbaycanda yapışqan istehsalı artıb

Azərbaycanda yapışqan istehsalı artıb

Şamaxı-Muğanlı yolunda köməksiz qalanlar xilas edilib

Şamaxı-Muğanlı yolunda köməksiz qalanlar xilas edilib

Yankoviç “Qarabağ”da qalacaq

Yankoviç “Qarabağ”da qalacaq

Kəlbəcərdə hazırda nə istiliklə, nə də işıqla bağlı problem var

Kəlbəcərdə hazırda nə istiliklə, nə də işıqla bağlı problem var

Hər evdə VAR - Neftçilərin təsadüfən kəşf etdiyi bu məlhəm dərdlərə DƏRMANDIR

Hər evdə VAR - Neftçilərin təsadüfən kəşf etdiyi bu məlhəm dərdlərə DƏRMANDIR

Azərbaycanda ayaqqabı istehsalı 2 %-dən çox artıb

Azərbaycanda ayaqqabı istehsalı 2 %-dən çox artıb

İsrail Hizbullahın düşərgəsini bombaladı

İsrail Hizbullahın düşərgəsini bombaladı

End of content

No more pages to load

RADİO