Ermənistan Müdafiə Nazirliyi Göyçə mahalı (Geqarkunik) istiqamətində sərhəddə tutulan altı hərbçinin adlarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı nazirliyin mətbuat xidmətinə istinadən yayıb.
Həmin şəxslər mühəndis işi aparan müqaviləli əsgərlər olduğu qeyd edilir:
A.N. Abgaryan, İ.A. Sarkisyan, V.V. Sarkisyan, B.S. Ohanyan, A.G. Budoyan, V.O. Rafaelyan.
Bizim.Media
