Köhnə qitə böhranla ÜZ-ÜZƏ – Avropa İttifaqı 6 ay ərzində DAĞILACAQ?

Slovakiyanın Baş naziri Robert Fitso Avropa İttifaqının (Aİ) yaxın altı ay ərzində dağılma təhlükəsi ilə üzləşə biləcəyini bildirib.

O, bu fikri dekabrın 9-da “Spravodajca” adlı “YouTube” kanalına verdiyi müsahibədə səsləndirib.

Fitso Aİ-dəki qeyri-sabitliyin artacağını proqnozlaşdıraraq, bu vəziyyətə təəccüblənməməyi tövsiyə edib. Onun sözlərinə görə, Fransa və Almaniyanın eqoist milli məqsədləri İttifaqın gələcəyinə mənfi təsir göstərir.

“Aİ üçün daha böyük qeyri-sabitlik gözləyirəm, bu ilin inanılmaz dərəcədə çətin olacağını düşünürəm”, - deyə Fitso vurğulayıb.

Bu açıqlama, Avropa İttifaqında mövcud daxili problemlərin və üzv dövlətlər arasında artan fikir ayrılıqlarının narahatlıq doğurduğunu göstərir.

Avropa İttifaqının parçalanma riski nə dərəcədədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tural İsmayılovun fikrincə, Böyük Britaniyanın “BREXİT” qərarından sonra Aİ-də parçalanma imkan və meyarları da genişlənib:

“Avropa İttifaqı daxilində ciddi narazılıq elementləri mövcuddur. Özəlliklə Böyük Britaniyanın “BREXİT” qərarından sonra ittifaq daxilində narazılıq meyarlarının hər keçən gün daha da artdığını görürük. Bütün bunlar isə təhlükəli tendensiyadır. Nəzərə alaq ki, Aİ daxilində narazılıq elementlərinin artması Fransa və Qərbi Avropa dövlətlərinin bir çoxunun sonrakı dövrü sabotaj edən addımları ilə nəticələnə bilər. Bu da bütövlükdə sonrakı mərhələdə bütün dünya üçün iqtisadi və psixoloji problemlər yarada bilər.

Hər halda, Böyük Britaniyanın “BREXİT” qərarından sonra gördük ki, Aİ-nin parçalanma imkan və meyarları çox genişdir. Buradakı kəskin fikir ayrılıqları, Avropanın qərbi, mərkəzi və şərqi arasındakı dərin qopmalar mövcud ixtilafları daha da dərinləşdirir”.

Həmsöhbətimiz düşünür ki, Slovakiyanın baş naziri reallığı əks etdirən fikirlər səsləndirib:

“Aİ daxilində birlik və həmrəylik yoxdur. Fransa, Belçika, Niderland cənub-şərqi Avropa ölkələrinə münasibətdə haqsızlıq edir. Maliyyələşmə mexanizmləri və digər məsələlərdə bu haqsızlığın nə qədər üst səviyyədə olduğunu müşahidə edirik”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hindistan Trampı neftlə şantaj edir – Ya İran, ya da Rusiya

Hindistan Trampı neftlə şantaj edir – Ya İran, ya da Rusiya

Günəşliyə də metro ÇƏKİLƏCƏK

Günəşliyə də metro ÇƏKİLƏCƏK

E-Polis mobil tətbiqində YENİLİK

E-Polis mobil tətbiqində YENİLİK

“Ömür boyu qısa geyinmişəm və geyinəcəm də” - Yaşar Nurinin qızından sərt CAVAB – VİDEO

“Ömür boyu qısa geyinmişəm və geyinəcəm də” - Yaşar Nurinin qızından sərt CAVAB – VİDEO

Prokurorluq Ülviyyə İlyasovanın həbsini tələb etdi - İş məhkəməyə getdi

Prokurorluq Ülviyyə İlyasovanın həbsini tələb etdi - İş məhkəməyə getdi

65 yaşına çatmayan qadınlar təqaüdçü ərinin pensiyasını ALA BİLƏR – YENİ TƏKLİF

65 yaşına çatmayan qadınlar təqaüdçü ərinin pensiyasını ALA BİLƏR – YENİ TƏKLİF

Azərbaycanlı hakimə UEFA-dan YENİ TƏYİNAT

Azərbaycanlı hakimə UEFA-dan YENİ TƏYİNAT

Elçin Quliyev Qusarda palçıq püskürən əraziyə baş çəkdi - FOTO

Elçin Quliyev Qusarda palçıq püskürən əraziyə baş çəkdi - FOTO

Sumqayıtda qaz olmayacaq

Sumqayıtda qaz olmayacaq

Əli Əsədov nazirləri topladı - FOTO

Əli Əsədov nazirləri topladı - FOTO

Ağcakənddə məskunlaşan yeganə ailə: "30 yaşımda çıxdığım torpağa 63 yaşımda qayıtdım" – VİDEO

Ağcakənddə məskunlaşan yeganə ailə: "30 yaşımda çıxdığım torpağa 63 yaşımda qayıtdım" – VİDEO

Manvel Qriqoryan azərbaycanlılara qarşı hansı cinayətləri törədib? - MƏHKƏMƏDƏ ETİRAFLARI nümayiş etdirildi

Manvel Qriqoryan azərbaycanlılara qarşı hansı cinayətləri törədib? - MƏHKƏMƏDƏ ETİRAFLARI nümayiş etdirildi

Məşhur azərbaycanlı müğənnini bir gün morqda saxladılar - VİDEO

Məşhur azərbaycanlı müğənnini bir gün morqda saxladılar - VİDEO

Prezident bu hərbi qulluqçuları təltif etdi – ADLAR

Prezident bu hərbi qulluqçuları təltif etdi – ADLAR

Toy karvanında avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ

Toy karvanında avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ

Hər evdə olan dərmanın inanılmaz TƏHLÜKƏSİ - Xüsusilə qadınlar UZAQ DURSUN!

Hər evdə olan dərmanın inanılmaz TƏHLÜKƏSİ - Xüsusilə qadınlar UZAQ DURSUN!

Medvedevdən Zelenskinin fikirlərinə REAKSİYA: “Heç bir sığınacaq onlara kömək etməyəcək”

Medvedevdən Zelenskinin fikirlərinə REAKSİYA: “Heç bir sığınacaq onlara kömək etməyəcək”

Tehran-Məşhəd qatarı relsdən çıxdı – VİDEO

Tehran-Məşhəd qatarı relsdən çıxdı – VİDEO

“Neftçi”nin yeni transferi Bakıda

“Neftçi”nin yeni transferi Bakıda

Sarkozi 5 il azadlıqdan MƏHRUM EDİLDİ

Sarkozi 5 il azadlıqdan MƏHRUM EDİLDİ

Krımda Rusiyanın iki An-26 sərnişin təyyarəsi yandırıldı - VİDEO

Krımda Rusiyanın iki An-26 sərnişin təyyarəsi yandırıldı - VİDEO

"Qarabağ" - "Kopenhagen" oyununun biletləri satışa çıxarıldı

"Qarabağ" - "Kopenhagen" oyununun biletləri satışa çıxarıldı

Hava kəskin dəyişir: Leysan olacaq, sulu qar yağacaq – XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Leysan olacaq, sulu qar yağacaq – XƏBƏRDARLIQ

Emin Ağalarov ABŞ-dakı evindən paylaşım etdi – VİDEO

Emin Ağalarov ABŞ-dakı evindən paylaşım etdi – VİDEO

End of content

No more pages to load

RADİO