Suriyanın Bəşər Əsəd rejiminin ordusu İraqa qaçıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilib ki, müxaliflərin Dəməşqə nəzarəti ələ keçirməsindən sonra Suriya ordusunun 4 mindən çox əsgəri İraqa gedib.
İraq polis idarəsinin sözçüsü bildirib ki, Suriya əsgərləri silah, sursat və zirehli maşınlarını təhvil veriblər və onlar üçün təyin olunmuş düşərgədə yerləşdiriləcəklər.
Bizim.Media