Tbilisidə artıq bir neçə gündür davam edən etiraz aksiyası bu gün erkən başlayıb.
Bizim.Media xəbər verir ki, artıq parlament binası qarşısında xeyli sayda etirazçı toplaşıb.
Nümayişçilər parlament binasının hasarını daşla döyərək, səslərini hökumət nümayəndələrinə çatdırmağa çalışırlar.
Qeyd edək ki, ölkədə etirazlar baş nazir Kobaxidzenin hakimiyyət orqanlarının 2028-ci ilin sonuna qədər Aİ-yə üzvlük danışıqlarını gündəmdən çıxardığını və Tbilisinin Avropa yardımından imtina etdiyini bəyan etdikdən sonra başlayıb.
Bizim.Media