Suriyada münaqişənin alovlanmasını Ukrayna ilə NƏ BAĞLAYIR? – TƏHLİL

ABŞ Yaxın Şərqdə yeni müharibəni körükləyir. İsrail-Fələstin və Ukrayna-Rusiya münaqişələrində istədiyinə nail ola bilməyən rəsmi Vaşinqton kartları bu dəfə Suriyada dağıdır.

Hədəfsə ilkin mərhələdə Rusiyadır. Postsovet məkanında Rusiyaya qarşı ikinci cəbhəni aça bilməyən Ağ Ev Yaxın Şərqdə yeni planlar qurur.

ABŞ Suriyada hansı planlar qurur?

Təsadüfi deyil ki, ABŞ-ın bədnam niiyyətini amerikalılar özləri də etiraf edir. Belə ki, ötən gün “The New York Times” bir məqalə dərc edilib. Həmin məqalədə Suriya Fövqəladə Hallar üzrə İşçi Qrupunun (Amerika humanitar təşkilatı) icraçı direktoru Muaz Mustafaya istinadən deyilir ki, Suriyada terrorçular Rusiyaya qarşı hərəkət və fəaliyyətlərini Ukrayna ilə əlaqələndirirlər. 

“Ərəb respublikasındakı üsyançılar ilə Ukrayna arasında Rusiyaya qarşı çıxmaq və tibbi yardımlar kimi məsələlərdə koordinasiya var. Onların öz hərəkətlərini əlaqələndirmələri təbiidir".

O, həmçinin bildirib ki, Ukraynaya kömək etmək istəyən üsyançılar “ümumi düşmən" olan Rusiya Federasiyasına zərbə endirmək üçün Suriyada hücuma keçirlər.

Nəzərə alaq ki, ötən həftə daha bir Qərb nəşri yazmışdı ki, üsyankar “Təhrir əş-Şam” qruplaşmasının hədəfi Bəşər Əsəd rejimi deyil.

“Associated Press” açıq şəkildə yazıb ki, Suriyada vəziyyətin gərginləşməsi Yaxın Şərqdə daha bir müharibə zonasının yaranmasına yol aça bilər:

“Bu, vəziyyət öz maraqları olan Rusiya və Türkiyəni birbaşa, şiddətli münaqişəyə cəlb etmək riski daşıyır”.

Göründüyü kimi, Suriyada terror quruplaşmalarının yenidən fəallaşmasının konkret hədəfi var.

İlkin mərhələdə hədəf Rusiyadır.

Çünki Rusiyanın Ukrayna cəbhəsində imkanlarını məhdudlaşdırmaq üçün Suriyada ikinci cəbhənin açılması ABŞ və Avropa İttifaqına yeni bir nəfəslik ola bilər. Qərb ekspertləri hesab edir ki, Suriyada münaqişənin qızışması hesabına Rusiya bu ölkəyə daha böyük ordu göndərə bilər. Nəticədə, Ukraynadakı cəbhədə güc balansı dəyişər. Beləliklə, rəsmi Kiyevin müəyyən dərəcədə hərbi üstünlüyünü təmin edilmiş olar.

Bu arada Rusiyanın Suriyadakı hərbi qüvvələrinin komandanı general Sergey Kisel vəzifəsindən uzaqlaşdırılıb. Bu qərar Suriyada üsyançı müxalif qüvvələrin 3 gün davam edən uğurlu hücumlarından sonra verilib. Hücumlar nəticəsində Rusiyanın hərbi qüvvələri ciddi itkilər verib və bəzi bölmələr mühasirəyə düşüb. Hazırda yüzlərlə rusiyalı döyüşçünün itkin düşdüyü bildirilir.

Maraqlıdır ki, Rusiyanın Suriyadakı qüvvələrinin komandanı, general-leytenant Sergey Kiseli vəzifəsindən uzaqlaşdıran Putin onun yerinə general Aleksandr Çaykonu təyin edib. General Çayko 2017-ci ildən 2020-ci ilə qədər Rusiyanın Suriyadakı qüvvələrinin komandanı olub.

Çayko Türkiyə ordusunun 33 əsgərinin öldürülməsində əsas məsuliyyətli şəxsdir. 2020-ci ilin 27 fevralında Rusiya qüvvələrinin İdlibin Balyun şəhərinə 33 türk əsgərinin şəhid olması ilə nəticələnən hava hücumuna məhz bu generalın rəhbərlik etdiyi haqda məlumatlar var. Ukrayna cəbhəsində döyüşən Çaykonun yenidən Suriyaya göndərilməsi Rusiyanın bu ölkədəki mövqelərinin ciddi zərbə alma ehtimalını gücləndirir.

ABŞ-ın ikinci hədəfi nədir?

Vaşinqton Suriyada münaqişəni qızışdırmaqla təkcə Rusiyanı hədəfə almır, həm də Türkiyəni zor gücünə münaqişə tərəfi etmək istəyir.

Nəzərə alaq ki, son zamanlar Türkiyə İraq və Suriyada  terrorçulara qarşı uğurlu əməliyyatlar keçirir. Nəticədə, YPG və PKK terror qruplaşmaları böyük ölçüdə zəifləyib.

Bu isə ABŞ-ı qətiyyən məmnun edə bilməz. Ona görə də Vaşinqton həm terror qruplaşmalarına dəstək vermək, həm də Türkiyənin bölgədəki üstünlüyünü zəiflətmək üçün Suriyada müharibəni yenidən alovlandırdı.

Məlum olduğu kimi yanvarın 20-də Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasimi baş tutacaq. Nə təsadüfdürsə 4 illik fasilədən sonra Ağ Evə qayıtmağa hazırlaşan Tramp və adminstrasiyası bu mötəbər mərasimə dünya ölkələrinin liderləri ilə yanaşı terror təşkilatları YPG və PKK-nın Suriya qanadının rəhbəri Məzlum Kobani və İlham Əhmədi də dəvət edib.

Bu fakt sübut edir ki, ABŞ Türkiyəni yeni müharibəyə cəlb etmək istəyir.

Planın ilk mərhələsi Türkiyəni terror qruplaşmaları ilə üz-üzə qoymaqdır. Sonrakı mərhələdə isə Suriya üzərindən Türkiyənin Rusiya ilə toqquşmasına nail olmaqdır. Bu yolla ABŞ Türkiyəni və Rusiyanı yeni müharibənin ağuşuna atmaq istəyir.

Rusiya və Türkiyə hələki təmkinlidir

Məlum olduğu kimi dekabrın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. Onlar Suriyadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan qeyd edib ki, Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Telefon danışığı zamanı Türkiyə-Rusiya ikitərəfli əlaqələri ilə yanaşı, qlobal və regional məsələlər də müzakirə edilib.

Göründüyü kimi həm Rusiya, həm də Türkiyə Suriya məsələsinə təmkinlə yanaşır və hətta zəruri məsləhətləşmələr aparır. Bu da müəyyən mənada ABŞ-ın planlarını pozur.

Proseslərin nə ilə yekunlaşacağını isə zaman göstərəcək.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu üsulla daha aşağı faizlə kredit götürmək MÜMKÜNDÜR

Bu üsulla daha aşağı faizlə kredit götürmək MÜMKÜNDÜR

Təcili yardım maşınının iştirakı ilə AĞIR QƏZA – Ölən var – VİDEO

Təcili yardım maşınının iştirakı ilə AĞIR QƏZA – Ölən var – VİDEO

"Mənim ləhcəmə İLİŞMƏYİN"

"Mənim ləhcəmə İLİŞMƏYİN"

"Turbo.az”ın sahibinin sərvəti açıqlandı

"Turbo.az”ın sahibinin sərvəti açıqlandı

Bu qadınlar pensiyaya daha tez çıxa bilər – VİDEO

Bu qadınlar pensiyaya daha tez çıxa bilər – VİDEO

Oğuzda AĞIR QƏZA – Yaralanan var – FOTO

Oğuzda AĞIR QƏZA – Yaralanan var – FOTO

Hava soyuyub - Nə yeyək ki, canımız isinsin? - AÇIQLAMA

Hava soyuyub - Nə yeyək ki, canımız isinsin? - AÇIQLAMA

Beyləqanda yataqxana binasında YANĞIN – VİDEO

Beyləqanda yataqxana binasında YANĞIN – VİDEO

Dünya əhalisinin sayı açıqlanıb:Yarıdan çoxu bu qitədə yaşayır

Dünya əhalisinin sayı açıqlanıb:Yarıdan çoxu bu qitədə yaşayır

Oskar Piastri "Formula-1"in antirekorduna imza atıb

Oskar Piastri "Formula-1"in antirekorduna imza atıb

İtaliyada qar uçqunu iki nəfərin ölümünə səbəb oldu

İtaliyada qar uçqunu iki nəfərin ölümünə səbəb oldu

İlon Mask: "Onu həbs edin!"

İlon Mask: "Onu həbs edin!"

İŞİD-ə qarşı əməliyyatda 67 nəfər həbs edilib

İŞİD-ə qarşı əməliyyatda 67 nəfər həbs edilib

Bu yollar buz bağlayıb: Ehtiyatlı olun!

Bu yollar buz bağlayıb: Ehtiyatlı olun!

ABŞ bunun üçün Polşaya 500 milyon dollar ayıracaq

ABŞ bunun üçün Polşaya 500 milyon dollar ayıracaq

Kəlbəcər sakinləri: Yalan xəbər yayırlar, hər şey qaydasındadır - VİDEO

Kəlbəcər sakinləri: Yalan xəbər yayırlar, hər şey qaydasındadır - VİDEO

Kəlbəcərdəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

Kəlbəcərdəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

Mourinyo "Çelsi"yə qayıda bilər

Mourinyo "Çelsi"yə qayıda bilər

Numeroloqlar 2026-cı ili niyə “1-ci il” adlandırırlar?

Numeroloqlar 2026-cı ili niyə “1-ci il” adlandırırlar?

Meksika prezidenti zəlzələyə görə konfransı yarımçıq kəsdi

Meksika prezidenti zəlzələyə görə konfransı yarımçıq kəsdi

Janna Darkın qılıncını oğurladı - Qonşu küçədə saxlanıldı

Janna Darkın qılıncını oğurladı - Qonşu küçədə saxlanıldı

Şahdağ Milli Parkının qış mənzərəsi - VİDEO

Şahdağ Milli Parkının qış mənzərəsi - VİDEO

Natiq Qasımovun indiyə qədər görülməyən - Fotoları

Natiq Qasımovun indiyə qədər görülməyən - Fotoları

Sumqayıtda dəm qazı CAN ALDI

Sumqayıtda dəm qazı CAN ALDI

End of content

No more pages to load

RADİO