Bu gün Xuzistan əyalətinin Məcid Süleyman şəhərində Rixter cədvəli üzrə 4,8 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Mehr News” yazıb.
Məlumata görə, 07:53 radələrində olan zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.
Saat 07:32-də isə sözügedən əyalətin Həftkel şəhərində 5,6 bal gücündə zəlzələ olub.
Hələlik zəlzələ nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması açıqlanmayıb.
Bizim.Media