İran Suriyanın ölkənin şimalında üsyançıların genişmiqyaslı hücumuna qarşı hərbi qüvvələr göndərilməsi ilə bağlı istənilən müraciətinə baxacaq.
Bizim.Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı Qətərin “Əl-Ərəbi Əl-Cədid” nəşrinə müsahibəsində bildirib.
“Suriyadakı vəziyyəti müzakirə etmək üçün Rusiyaya getməyi planlaşdırıram. Əgər Suriya hökuməti bizdən Suriyaya qoşun yeritməyi xahiş etsə, biz onların xahişini nəzərə alacağıq”, - iranlı nazir qeyd edib.
Bizim.Media