Qərbin Gürcüstan planının ƏSAS İCRAÇILARI – Baltikyanı ölkələr niyə əl-ayağa DÜŞÜBLƏR?

Gürcüstanda vəziyyət gərgin olaraq qalır. Etirazçılar artıq radikal etiraz metoduna- iğtişaşlara keçməyə çalışır. Nəticədə, polislə qarşıdurmalar yaranır. Ən son məlumata görə, toqquşmalar zamanı 200-dən artıq polis əməkdaşı yaralanıb. Xeyli sayda etirazçı saxlanılıb.

Hansı ölkələr Qərbin “dəyənəyi”  rolunda çıxış edir?

Son günlər Tiflisdəki etiraz mitinqlərində ABŞ və Avropa dövlətlərinin rəsmilərinə daha çox rast gəlinir. Onlardan biri də Aİ-nin Tiflisdəki səfiri Pavel Qerçinskidir. O demək olar ki, hər dəfə mitinqlərə qatılır. Qerçinski etirazçıları qarışıqlıq salmağa və hətta qan tökməyə çağırır. Qeyd edək ki, səfir Qerçinski hələ seçkilərdən öncə açıq şəkildə bildirib ki, əgər İvanişvilinin komandası devrilsə, o zaman Aİ öz qapılarını gürcülərin üzünə açacaq.

Bu gün isə o İvanişvilinin komandasının devrilməsi üçün küçələrə düşüb. Daha bir “fəal”sa Almaniyanın Gürcüstandakı səfiri Peter Fişerdir. O etrizçılarla davamlı görüşlər keçirir və ictimai sabitliyin pozulması üçün hər cür təxribatı təşviq edir.

Baltikyanı ölkələr niyə canfəşanlıq edir?

Maraqlıdır ki, Tiflisdəki iğtişaşlarda Baltikyanı ölkələrin rəsmilərinə də rast gəlinir. Litva, Latviya və hətta Estoniya açıq və gizli şəkildə gürcü xalqını küçələrə,iğtişalara səsləyir. Əslində baltikyanı ölkələr üçün Gürcüstanda nə baş verdiyi o qədər də önəmli deyil. Lakin həm ABŞ, həm də Aİ açıq şəkildə baltikyanı ölkələri təkcə Gürcüstandakı yox, postsovet məkanındakı bütün proseslərə qatılmağa təhrik edir.

Bu da başa düşüləndir. Çünki Qərb bu ölkələri heç də təsadüfən öz “himayə”sinə almayıb. Bu ölkələr Aİ-yə üzv olarkən ilk öhdəlikləri Qərbin tezisləri üzrə keçmiş sovetlər ölkəsinə qarşı mübarizədir.

Bir anlığa yada salaq ki, baltikyanı ölkələr həm Rusiya, həm Belarus, son zamalarsa Gürcüstanla bağlı çox sərt fikirlər səsləndirirlər. İndi də bütün diqqət Gürcüstana yönəlib.


Əvvəla onu deyək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrin ilkin olaraq bu ölkələr tanımadı. Hətta onlar bu məsələdə ABŞ, Fransa və Almaniya kimi dövlətləri qabaqladılar.

Bu azmış kimi seçkilərdən sonra Gürcüstanda sabitliyin pozulması və dövlətçiliyin sarsıdılması üçün digər ölkələrlə yanaşı, bu ölkələr də qəti hərəkətə keçdilər.

Baltikayanı ölkələr arasında ən radikalı isə Litvadır.

Bu ölkənin siyasi hakimiyyəti MDB ölkələrinə qarşı açıq nifrət püskürür. Litva hətta “Gürcü Arzusu” partiyasının təsisçisi Bidzina İvanişvilinin ölkəyə girişinə də qadağa qoyub.

Bu nifrəti zaman-zaman Azərbaycana qarşı da görmüşük. Məsələn, bu günlərdə Litvanın xarici işlər naziri Qabrieulius Landsberqis Avropa Şurasının Parlament Assambleyasında bir sıra anti-Azərbaycan fikirləri səsləndirib. Litvanın xüsusən Vətən müharibəsindən sonra sistemli xarakter almış anti-Azərbaycan fəaliyyəti təbii ki, ikrah doğurur.

Litva Rusiya, Belarus və digər MDB ölkələrinə qarşı eyni nifrət və qərəzlə çıxış edir. Halbuki, həm Azərbaycanın, həm də digər MDB dövlətlərinin Litva ilə normal münasibətləri var. Bununla belə, zaman-zama Litvanin siyasi hakimiyyəti Qərbin tezisləri üzrə çıxış edərək MDB ölkələrinin üzərinə gəlir.

İndi isə hədəfdə Gürcüstandır.

Təsadüfi deyil ki, Almaniya, Kanada, Estoniya, İrlandiya, İtaliya, Latviya, Litva, Polşa, İsveç və Ukrayna hökumətləri Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı birgə bəyanatla çıxış edəndən az sonra Litva Gürcüstanla bağlı xüsusi planın icrasına başladı. Bu planın bir qolu da dövlət qurumlarına etimadsızlıq formalaşdırmaq idi. Planın tərkib hissəsi olaraq, Tiflisdəki etirazlara isti münasibət göstərən bəzi səfirlər öz vəzifələrindən istefa verdiklərini bəyan etdilər.


Onlar arasında olanlardan biri də Gürcüstanın Litvadakı səfiri Salome Şafakidze idi.

Yəqin ki, Şafakidzenin belə bir addım atmasında Litvanın siyasi dairələrinin əməyi az olmayıb. Çünki səfirin belə bir qərar verməsi dünyada Gürcüstan həqiqətlərinin təhrif olunmuş şəkildə təbliğatına yardım edir.

Onsuz da bu gün Gürcüstan həqiqətləri beynəlxalq aləmə təhrif olunmuş şəkildə, Qərbin siyasi maraqlarına uyğun formada təqdim edilir. Baxmayaraq ki, ABŞ və Aİ ölkələri hər zaman başqa-başqa ölkələri onlara qarşı hibrid müharibəsi aparmaqda günahlandırır.

Bütün bu yersiz ittihamların qarşısında Qərb Gürcüstanı informasiya blokadasına alıb. Gürcüstanın dövlət və milli maraqları Qərbin nəhəng informasiya resuslarının qərəzli təbliğatı hesabına ayaqlar altına atılıb. Klassik variantla – insan haqları adıyla Gürcüstanın milli və dövlət maraqları görməzlikdən gəlinir. Ölkə vətəndaş müharibəsinə sürüklənir.

Bu işdə isə Litva, Latviya və Estoniya kimi ölkələr daha çox canfəşanlıq edir. Bu da təbii ki, dərin təəssüf hissi doğurur. Kimlərinsə sifarişi ilə ağa qara deyərək dövlətlərin, ən əsası insanların taleyi ilə oynamaq heç kimə baş ucalığı və hörmət gətirmir.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Röya uzun müddət sonra səhnədə: “Dimdik dayanacağam” - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Röya uzun müddət sonra səhnədə: “Dimdik dayanacağam” - EKSKLÜZİV GÖRÜNTÜLƏR

“TikTok” ABŞ-ın nəzarətinə KEÇDİ - VİDEO

“TikTok” ABŞ-ın nəzarətinə KEÇDİ - VİDEO

DÇ-2026-nın rəsmi maskotları belə olacaq - FOTO

DÇ-2026-nın rəsmi maskotları belə olacaq - FOTO

Türkiyə və ABŞ dinc atom sahəsində strateji ƏMƏKDAŞLIQ EDƏCƏK

Türkiyə və ABŞ dinc atom sahəsində strateji ƏMƏKDAŞLIQ EDƏCƏK

Saliba ilə yeni müqavilə İMZALANACAQ

Saliba ilə yeni müqavilə İMZALANACAQ

Bakının mərkəzində obyektləri SU BASDI - VİDEO

Bakının mərkəzində obyektləri SU BASDI - VİDEO

Ərdoğanla Trampın danışıqları 2 saatdan çox DAVAM EDİB - VİDEO

Ərdoğanla Trampın danışıqları 2 saatdan çox DAVAM EDİB - VİDEO

Ceyhun Bayramov bəhreynli həmkarı ilə regional prosesləri MÜZAKİRƏ ETDİ - FOTO

Ceyhun Bayramov bəhreynli həmkarı ilə regional prosesləri MÜZAKİRƏ ETDİ - FOTO

İmişlidə zəhərlənənlərin sayı 69–a ÇATDI

İmişlidə zəhərlənənlərin sayı 69–a ÇATDI

Tramp Ərdoğanla görüşdə NATO ölkələrindən GİLEYLƏNDİ

Tramp Ərdoğanla görüşdə NATO ölkələrindən GİLEYLƏNDİ

Türkiyə mediasında yayılan DEZİNFORMASİYALAR - Qardaş ölkə mətbuatı Azərbaycandan NƏ İSTƏYİR? - TƏHLİL

Türkiyə mediasında yayılan DEZİNFORMASİYALAR - Qardaş ölkə mətbuatı Azərbaycandan NƏ İSTƏYİR? - TƏHLİL

“Dünya mədən yanacaqları olmadan yaşaya bilməz” - İlham Əliyev

“Dünya mədən yanacaqları olmadan yaşaya bilməz” - İlham Əliyev

“Liverpul” 17 yaşlı hücumçusu ilə yeni müqavilə İMZALADI

“Liverpul” 17 yaşlı hücumçusu ilə yeni müqavilə İMZALADI

Prezidentdən Xəzər dənizi ilə bağlı MÜHÜM MESAJ - VİDEO

Prezidentdən Xəzər dənizi ilə bağlı MÜHÜM MESAJ - VİDEO

İlham Əliyev Gürcüstanın Baş nazirinə ZƏNG EDİB

İlham Əliyev Gürcüstanın Baş nazirinə ZƏNG EDİB

Manvel Qriqoryanın etirafları məhkəmədə sübut kimi tədqiq edildi - FOTO

Manvel Qriqoryanın etirafları məhkəmədə sübut kimi tədqiq edildi - FOTO

Prezident: “Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur”

Prezident: “Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur”

Şabranda 53 yaşlı kişi özündən böyük qardaşını BIÇAQLADI/ÖZƏL

Şabranda 53 yaşlı kişi özündən böyük qardaşını BIÇAQLADI/ÖZƏL

İlham Əliyev: “Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq”

İlham Əliyev: “Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq”

İlham Əliyev: “Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır” - VİDEO

İlham Əliyev: “Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır” - VİDEO

Daha bir ölkə III MDB Oyunları üçün qeydiyyatdan KEÇDİ

Daha bir ölkə III MDB Oyunları üçün qeydiyyatdan KEÇDİ

İlham Əliyev: “Azərbaycan boru kəməri ilə qaz təmin edən ölkələrin sırasında dünyada birincidir”

İlham Əliyev: “Azərbaycan boru kəməri ilə qaz təmin edən ölkələrin sırasında dünyada birincidir”

Prezident BMT kürsüsündən beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ ETDİ

Prezident BMT kürsüsündən beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ ETDİ

"Zaqatala"dan qələbə, "Şimal"dan ağır MƏĞLUBİYYƏT

"Zaqatala"dan qələbə, "Şimal"dan ağır MƏĞLUBİYYƏT

End of content

No more pages to load

RADİO