“Şuşa və Ağdamın baş planı hazırlanır” - Prezident

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də “Signify” - əvvəlki adı “Philips Lighting” olan şirkətin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələrini qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə “Signify” şirkəti tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin icrası müzakirə olundu.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev "Signify” şirkətinin rəhbərliyi ilə görüşdü


Prezident İlham Əliyev Bakı, Sumqayıt və Şamaxı şəhərlərinin küçələrinin işıqlandırılması üçün şirkət tərəfindən görülən işlərdən məmnunluğunu bildirdi, bu işlərin nəqliyyatın və əhalinin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etdi.

Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühitinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən Erik Rondolat rəhbərlik etdiyi şirkət tərəfindən ölkəmizdə həyata keçirilən işlər barədə Prezident İlham Əliyevə ətraflı məlumat verdi, Bakı və Sumqayıtda işlərin yekunlaşdığını, Şamaxıda isə başa çatmaq üzrə olduğunu bildirdi.

Qeyd etdi ki, tətbiq olunmuş yeni texnologiyalar sayəsində bu layihələrdə elektrik enerjisinə 50 faiz qənaət təmin edilib. Gələcəkdə isə bu qənaət 75-80 faizə çatdırılacaq.

Prezident İlham Əliyev yeni texnologiyaların tətbiqi istiqamətində işlərin davam etdirilməsinin zəruriliyini bildirdi və növbəti mərhələdə Gəncə, Mingəçevir, Şəki, Qəbələ, Şirvan və Lənkəran şəhərlərində də küçə işıqlandırılması layihələrinin hazırlanmasının vacibliyini qeyd etdi.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən danışan dövlətimizin başçısı bildirdi ki, Şuşa və Ağdam şəhərlərinin baş planlarının hazırlanması istiqamətində ciddi işlər gedir və “Signify” şirkətinin baş planların hazırlanması mərhələsində bu prosesə qoşulması məqsədəuyğundur.

Söhbət zamanı yeni işıq texnologiyalarının tətbiqi ilə tərəvəzçilikdə, quşçuluq və balıqçılıq təsərrüfatlarında yüksək məhsuldarlığa nail olunması üçün pilot layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olundu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə ÇATDI

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə ÇATDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Buffon da istefa verdi

Buffon da istefa verdi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

Londonda evini rekord qiymətə satdı

Londonda evini rekord qiymətə satdı

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Toy etmək üçün restoranlarda yer tapılmır

Toy etmək üçün restoranlarda yer tapılmır

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Maaş və pensiyalar artırıla BİLƏR

Maaş və pensiyalar artırıla BİLƏR

Kərəclə Tehranı birləşdirən körpü vuruldu – VİDEO

Kərəclə Tehranı birləşdirən körpü vuruldu – VİDEO

End of content

No more pages to load

RADİO