İranda həbsdə saxlanılan məşhur etirazçı reper Tumac Salehi dünən azadlığa çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə İranın Ədliyyə-Məhkəmə Sisteminə bağlı mətbuat orqanı “Mizan Online” yazıb.
Sayt bildirib ki, “dövlət quruluşu əleyhinə təbliğat apardığına görə bir il həbs cəzasına məhkum edilən Tumac Salehi cəzasını çəkdikdən sonra azad edilib”.
Qeyd edək ki, İran hökuməti daha öncə molla rejimini tənqid edən etirazçı reperə edam cəzası versə də, geniş etiraz dalğasından sonra onun ölüm hökmü ləğv olunub.
Bizim.Media