DSMF ödənişləri kiçik sahibkarlığa zərbə vurur - VERGİDƏ dəyişiklik lazımdır

“Azərbaycanda vergi sisteminin əsas problemlərindən biri qeyri-sabit olmasıdır. Son illərdə yüzlərlə vergi məcəlləsinə dəfələrlə dəyişikliklər edilib. Bu isə oyun qaydalarının tez-tez dəyişməsi deməkdir.

Sahibkarlar üçün ən böyük problemlərdən biri öyrəşdikləri oyun qaydalarının tez-tez dəyişməsi və nəhayət, bunun nəticəsində onların önünü görə bilməməsi məsələsidir. Yəni, fəlsəfi və dərin problemlərdən biri budur”

Bu sözləri Bizim.Media ilə Azərbaycanın vergi sistemindəki boşluq və problemlərindən danışan iqtisadçı Natiq Cəfərli açıqladı.
 

MÖVZU İLƏ BAĞLI:

Bu şəxslərə vergi güzəştləri tətbiq ediləcək


Başqa məqamlara da toxunan ekspert bldirdi ki, Azərbaycanda Vergi Məcəlləsi həddindən artıq çox maddədən ibarətdir: 

“Çox qarışıq yazılıb. Sadə izahları yoxdur, çətin anlaşılan dildədir. Vergi məcəlləsi qalın bir kitab şəklindədir. Bu da iş adamları üçün əlavə problemlər yaradır. Çünki bəzi hallarda müxtəlif maddələrin bir-birilə azqala ziddiyyət təşkil etdiyi də ortaya çıxır.

Üçüncü bir məsələ ondan ibarətdir ki, əsasən də kiçik və orta sahibkarlıq, fərdi sahibkarlıqla məşğul olanlar üçün, yəni, VÖEN ilə çalışanlara ən böyük problemlərdən biri odur ki, DSMF-yə ödənişlər minimum əməkhaqqıya bağlanılıb. Azərbaycanda minimum əməkhaqqı kifayət qədər sürətlə artdı.

Son ilyarımı götürsək, təxminən iki dəfəyə yaxın artım müşahidə olundu. Və bu bağın qalması, yəni, minimum əməkhaqqına baxaraq DSMF-yə ödənişlərin hesablanması qaydası tamamilə yanlış bir yanaşmadır: 

“Bu VÖEN ilə çalışanlara əlavə problem yaradır. Minimum əməkhaqqı 250 manata qədər artdı və faiz etibarı ilə də bu, DSMF ödənişlərinə təsir göstərir. Bu da kifayət qədər məntiqsiz ödənişlərin olmasına gətirib çıxarır.

Məsələn, hər hansı bir sahibkarlın gəlirinə baxmadan, onun aylıq qazancına nəzər yetirmədən sırf minimum əməkhaqqı artıb deyə DSMF-yə ödəniş olunması məntiqsizdir. Sahibkar ola bilər ki, ay ərzində 300 manat da qazana bilər, amma bunun qazancının az olmasına baxmayaraq vergi dərəcəsi 5 faiz ödəyir. Yeri gəlmişkən bu da yüksəkdir. Amma DSMF-yə də ödənişləri reallaşdırmağa məcbur qalır. Ortalama təxminən 67 manat 50 qəpik ödəniş həyata keçirir ki, bu da kifayət qədər böyük rəqəmdir. 

Ona görə də bəzi fəaliyyət növləri var ki, minimum əməkhaqqının yarısı qədərini DSMF-yə köçürtmək məcburiyyəti yaranır.
​​​​​​​

Qanunvericilikdə dəyişiklik edilərək bu bağlantı aradan qaldırılmalıdır. Yəni, DSMF-yə ödənişlər minimum əməkhaqqından asılı olmamalıdır. İnsanın gəlirindən, dövriyyəsindən asılı olmalıdır. Sadalanan məqamlardan asılı olaraq da DSMF-yə ödənişlər edilməlidir. Yaxud da könüllülük prinsipi gətirilməlidir, minimum ödəniş həcmi müəyyən oluna bilər.


Sahibkar istəyirsə ki, gələcəkdə yaşlananda daha çox təqaüd alsın, o zaman daha çox ödəniş etmək istəyəcək. Bunun bir mexanizmi yaradılmalıdır. Bütün problemlərin həll olunması üçün isə yeni, daha sadə dildə, üslubda yazılmış və insanların, iş adamlarının anlayacağı çox qısa bir vergi məcəlləsinə ehtiyac var”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə ÇATDI

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə ÇATDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Buffon da istefa verdi

Buffon da istefa verdi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

Londonda evini rekord qiymətə satdı

Londonda evini rekord qiymətə satdı

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Toy etmək üçün restoranlarda yer tapılmır

Toy etmək üçün restoranlarda yer tapılmır

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Maaş və pensiyalar artırıla BİLƏR

Maaş və pensiyalar artırıla BİLƏR

Kərəclə Tehranı birləşdirən körpü vuruldu – VİDEO

Kərəclə Tehranı birləşdirən körpü vuruldu – VİDEO

End of content

No more pages to load

RADİO