“Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək”.
Bizim.Media "Sputnik Georgia"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili iclasda deyib.
Onun sözlərinə görə, andiçmə mərasimi isə 29 dekabrda baş tutacaq.
Qeyd edək ki, ölkənin hazırkı prezidenti Salome Zurabişvili birbaşa səsvermə yolu ilə seçilən sonuncu dövlət başçısıdır.
Bizim.Media