Qazaxıstanda 5,3 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ Qazaxıstanın şərqində yerləşən Jetısu bölgəsində yerli vaxtla saat 23:42-də qeydə alınıb.
Yeraltı təkanların episentri Çinlə sərhəddə yerləşən Jarkent şəhərindən 40 km aralıda, ocağı isə 8 km dərinlikdə yerləşib.
Bizim.Media