Azərbaycanın uğurlu ev sahibliyi, Qərbin fiaskosu... – COP29 daha nələrlə YADDA QALDI?

Bəzi Qərb dövlətləri, beynəlxalq QHT və media orqanlarının riyakarlığı və qarayaxma kampaniyalarına rəğmən, Azərbaycan BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını yüksək səviyyədə təşkil etməklə böyük uğura imza atdı.

Ev sahibi kimi tədbirdə yaratdığı tolerant ortamla Qlobal Cənub ilə Şimali bir araya gətirməyi, onları bəşəriyyət üçün önəmli mövzuların müzakirəsinə cəlb etməyi bacardı.
 

MÖVZU İLƏ BAĞLI:

Bayden COP29-un müvəffəqiyyətlə təşkilinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ


Böyük əzm və çalışqanlıq öz sözünü dedi

Rəsmi Bakı 196 ölkədən 80-ə yaxın dövlət və hökümət başçısını, 72 min nümayəndəni dünyanın, təbiətin, gələcəyin nicatı üçün bir masa ətrafına uğurla toplamağa müvəffəq oldu. Nəticədə insanlıq, bəşərriyyət üçün önəmli olan bir çox razılaşmalar əldə olundu, mühüm qərarlar qəbul olundu.

Beləliklə, Bakıda keçirilən COP29-da ildə minimum 300 milyard ABŞ dolları məbləğində iqlim dəyişikliyi ilə mübarizə üzrə təklif olunan sazişin yekun variantı təsdiq edildi.

Azərbaycanın rəhbərliyi ilə gerçəkləşən COP29 Sədrliyi Paris İqlim Razılaşmasının 6-cı bəndinin bütün müddəaları üzrə tarixi razılıq əldə etdi. Bu razılaşmaya əsasən, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər iqlim dəyişikliyi ilə mübarizədə dəstək vermək üçün hər il 300 milyard dollar öhdəlik götürdü.

Bu, temperaturun sürətlə yüksəlməsi ilə mübarizə çərçivəsində inkişaf etmiş ölkələrin mövcud vəsaiti üç dəfə artırması deməkdir.

Həmin vəsaitlər iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmağa yönəldiləcək. 2035-ci ilə qədər tələb edilən 1,3 trilyon ABŞ dolları məbləğində vəsaitin əvəzinə 300 milyard ayrılması iştirakçı tərəflərin tam da arzuladığı nəticə olmasa da, hədəfinə doğru mübarizədə mühüm nailiyyətdir. Əldə edilmiş tarixi razılaşma iqlim dəyişikliyinin  fəsadlarının aradan qaldırılması istiqamətində mühüm irəliləyişdir.

Onu da qeyd edək ki, COP29 zamanı “İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü” adlanan mexanizm - BICFIT formalaşdı.

Bu, çoxtərəfli iştirakçılıq dialoqunun təmin olunması ilə iqlim maliyyəsi, investisiya və ticarətinin, milli, regional və subregional platformaların inkişafı üçün qlobal çoxtərəfli tərəfdaşlığı ehtiva edir. Platforma inkişaf etməkdə olan iştirakçı tərəflərə ikiillik şəffaflıq hesabatlarının hazırlanmasında yardım edəcək, habelə əməkdaşlığı və bilik mübadiləsini təşviq edəcək.

COP29-a kölgə salmaq istəyənlər də oldu...

Bütün bunlar Azərrbaycanın ev sahibliyi etdiyi tədbirdə əldə olunan önəmli nəticələrdir. Amma ölkəmiz uğurlu təşkilatçı, qonaqpərvər ev sahibi kimi təşəkkürlərin ünvanı olsa da, təəssüf ki, qərəzli şəkildə hədəf də alındı. Çünki Azərbaycanı sevməyənlər COP29-dan istifadə edib qarayaxma kampaniyası aparmağa, ölkəmizi nüfuzdan salamağa çoxsaylı və uğursuz cəhdlər etdilər

Tədbirin təşəbbüskarının BMT olmasına rəğmən, bir sıra Qərb rəsmiləri və siyasətçiləri əsassız iradlar və ittihamlarla ölkəmizi günahlandırdılar.

Sözsüz ki, bu hücum kampaniyasının təşkilatçılarını iqlim problemləri deyil, Azərbaycanın dünyada artan nüfuzu, diplomatik uğurları narahat edirdi.

Elə bu səbəbdən də COP29 başlayar-başlamaq ölkəmizə qarşı hibrid müharibənin ən eybəcər formasından istifadə edib, müxtəlif kampaniyalara start verdilər.

Azərbaycanı gözdən salmaq, nüfuzuna zərbə vurmaq üçün hər yola əl atdılar. Dünya mətbuatında ölkəmiz haqda feyk məlumatlar, həqiqətdən uzaq xəbərlər yaymaqla COP29-dakı uğurumuza kölgə salmağa cəhd etdilər.

Qərbin, erməni diasporu və lobbisinin, eləcə də, daxildəki anti-milli qüvvələrin dəstəyi ilə sinsi planlarla COP29-un baş tutmaması, tədbirə hərc-mərclik salıb ölkəni hər kəsin gözündə rəzil etməyə can atdılar.

Tədbirin baş tutduğu məkanda öyrədilmiş şəxslərin sifarişli hay-küyü, Tbilisidə COP29-a qarşı keçirilən aksiyada sapı özümüzdən olan “balta”ların erməni fəallarla birgə ölkəmiz əleyhinə ittihamlar səsləndirməsi bu çirkin planların bir parçası idi.

Eləcə də, ABŞ mediasının və dövlət orqanlarının COP29-la bağlı bəzi qərəzli fikirləri,  Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin tədbiri pozmaq üçün atdığı mənfi addımlar, bir neçə gün öncə Azərbaycana gələn Almaniyanın xarici işlər naziri Annalena Berbokun ölkəmiz əleyhinə açıqlamaları birabağa bu niyyətə xidmət edirdi.

Amma onların bütün bu əsassız və haqsız cəhdləri nəticəsiz qaldı.

Necə deyərlər, haqq nazildi, amma üzülmədi. Azərbaycan COP tarixinin ən uğurlu və bacarıqlı təşkilatçısı kimi öhdəliyini peşəkarcasına yerinə yetirdi.  

29-cu sessiya ölkəmizin ümumbəşəri problemlərin - iqlim dəyişkliklərinin fəsadlarına, müzakirəsinə və həlli yönündə mübarizəyə böyük töhfəsi oldu. Eləcə də, Azərbaycanın adı dünyada dayanıqlı və “yaşıl” gələcəyin qurulmasına can atan uğurlu ölkə kimi dünya gündəminə həkk olundu.

QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “Ukrayna müəyyən ərazilərdən imtina etməlidir”

Tramp: “Ukrayna müəyyən ərazilərdən imtina etməlidir”

Ən zərərli kolbasa növləri - Həkimlərdən ciddi xəbərdarlıq

Ən zərərli kolbasa növləri - Həkimlərdən ciddi xəbərdarlıq

"Qarabağ"ın qapıçısı möhtəşəm qurtarışlar etdi" - Antonio Konte

"Qarabağ"ın qapıçısı möhtəşəm qurtarışlar etdi" - Antonio Konte

Azərbaycanda bu halda valideynlər uşaq üçün hər ay pul ala bilərlər

Azərbaycanda bu halda valideynlər uşaq üçün hər ay pul ala bilərlər

"Həmin vaxt oyunun taleyi həll olundu" - Qurban Qurbanov

"Həmin vaxt oyunun taleyi həll olundu" - Qurban Qurbanov

Kəlbəcərə növbəti köç yola salındı – FOTO

Kəlbəcərə növbəti köç yola salındı – FOTO

Həzi Aslanov stansiyasındakı təmir bu tarixdə BİTƏCƏK – RƏSMİ

Həzi Aslanov stansiyasındakı təmir bu tarixdə BİTƏCƏK – RƏSMİ

“Qarabağ” “Napoli”yə məğlub oldu – VİDEO

“Qarabağ” “Napoli”yə məğlub oldu – VİDEO

BİZİM TƏQVİM: 26 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 26 noyabrda baş vermiş tarixi hadisələr

UEFA Gənclər Liqası: “Qarabağ” “Napoli”yə UDUZDU

UEFA Gənclər Liqası: “Qarabağ” “Napoli”yə UDUZDU

Güneldən İstanbulda müzakirə yaradan qərara etiraz - FOTO

Güneldən İstanbulda müzakirə yaradan qərara etiraz - FOTO

Ali məktəblərin beynəlxalq rəqabət qabiliyyətinin artırılması ilə bağlı əməkdaşlıq müzakirə olundu - FOTO

Ali məktəblərin beynəlxalq rəqabət qabiliyyətinin artırılması ilə bağlı əməkdaşlıq müzakirə olundu - FOTO

AFFA Hakimlər Komitəsinin sədri DƏYİŞDİ

AFFA Hakimlər Komitəsinin sədri DƏYİŞDİ

Hansı banan daha FAYDALIDIR?

Hansı banan daha FAYDALIDIR?

Efirdə nəvələrini görən Xalq artisti AĞLADI - VİDEO

Efirdə nəvələrini görən Xalq artisti AĞLADI - VİDEO

Kevin Medina huşunu itirdi - ANBAAN VİDEO

Kevin Medina huşunu itirdi - ANBAAN VİDEO

Qarşıdan gələn 8 il hər kəsin taleyini yenidən yazacaq: Bütün bürclər üçün proqnoz

Qarşıdan gələn 8 il hər kəsin taleyini yenidən yazacaq: Bütün bürclər üçün proqnoz

İlk hissənin qəhrəmanı Koxalski oldu - Yaddaqalan epizod/VİDEO

İlk hissənin qəhrəmanı Koxalski oldu - Yaddaqalan epizod/VİDEO

Bakıda suşi restoranında NÖQSANLAR aşkarlandı - FOTO

Bakıda suşi restoranında NÖQSANLAR aşkarlandı - FOTO

“Napoli” - “Qarabağ” matçında birinci hissə BAŞA ÇATDI

“Napoli” - “Qarabağ” matçında birinci hissə BAŞA ÇATDI

Bakıxanov qəsəbəsində uşaq meydançası zəbt olundu - İDDİA/VİDEO

Bakıxanov qəsəbəsində uşaq meydançası zəbt olundu - İDDİA/VİDEO

Çempionlar Liqası: “Qalatasaray” və “Ayaks” evdə UDUZDU

Çempionlar Liqası: “Qalatasaray” və “Ayaks” evdə UDUZDU

Makron: “Ukraynaya təhlükəsizlik təminatlarının hazırlanması üçün işçi qrupu yaradılıb”

Makron: “Ukraynaya təhlükəsizlik təminatlarının hazırlanması üçün işçi qrupu yaradılıb”

Zaurla Günay oğullarının ad gününü QEYD ETDİ - VİDEO

Zaurla Günay oğullarının ad gününü QEYD ETDİ - VİDEO

End of content

No more pages to load

RADİO