Tarixdə bu gün: 24 noyabr

Noyabrın 24-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib.
 

Bizim.Media xəbər verir ki, bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 24-də kimlər anadan olub?

Vəcihə Səmədova (1924-1965) - Azərbaycan rəssamı və Azərbaycan SSR əməkdar incəsənət xadimidir. O, V.İ.Surikov adına Moskva İncəsənət İnstitutunun məzunudur. Rəssam əsasən portretlər, mənzərələr, natürmortlar üzərində işləyib.

Deyl Karnegi (1888-1955) – amerikalı pedaqoq və yazıçıdır. O, ünsiyyət təkmilləşdirilməsi üzrə, səmərəli ünsiyyət, natiqlik qabiliyyəti üzrə kurslar təşkil edib. Yazıçı məşhur "Dostları necə qazanmalı və insanlara necə təsir etməli?" və "Narahat olmağı dayandırmaq və yaşamağa necə başlamaq olar" kitablarının müəllifidir.

Natalya Kraçkovskaya (1938 -2016) - Rusiya kino aktrisası və RF əməkdar artistidir. O, "12 stul", "Görüş yerini dəyişmək olmaz", "İvan Vasilyeviç peşəsini dəyişir" və s. filmlərdə rol alıb.

Aleksandr Maslyakov (1941) - Rusiya televiziya aparıcısı və RF əməkdar incəsənət xadimidir.

O, Rusiya Televiziya Akademiyası fondunun həqiqi üzvü və "AMİK" (Aleksandr Maslyakov və Kompaniya) televiziya yaradıcılıq birliyinin yaradıcısı və həmsahibidir. Maslyakov KVN ("Şən və hazırcavablar klubu") televiziya verilişinin rəhbəri və aparıcısıdır.

Din Lijen (1992) – Çin şahmatçısı, qrossmeyster (2009) və şahmat üzrə 17-ci dünya çempionudur. O, dörd yaşından şahmat oynayır. Din Lijen şahmat üzrə dünya çempionu olan ilk çinlidir.

Fahrid Murrey (1939) - ABŞ aktyorudur. O, "Amadey" filmindəki Antonio Salyeri roluna görə "Oskar" və "Qızıl Qlobus" mükafatları laureatıdır.

Dreyk (1986) - kanadalı repçi, müğənni, musiqi prodüseri, aktyor və sahibkardır. Onun əsl adı Obri Dreykdir.

24 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1639-cu ildə ingilis astronomu Ceremi Horroks ilk dəfə Veneranın günəş diskindən keçdiyini müşahidə edib.

1861-ci ildə Rusiyada Nazirlər Şurası yaradılıb.

1927-ci ildə Moskva Operetta Teatrının açılışı olub.

1934-cü ildə Bakıda Azərbaycan Dövlət Teatr Muzeyi açılıb. Hazırda muzeyin sərgisində 130 min eksponat var.

1947-ci ildə F9F qırıcısı ABŞ-da ilk uçuşunu həyata keçirib.

1969-cu ildə SSRİ Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni ratifikasiya edib.

2006-cı ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

Prezidentlə Şükürbəyli kənd sakini arasında DİALOQ - VİDEO

Prezidentlə Şükürbəyli kənd sakini arasında DİALOQ - VİDEO

Kiyev rus dilinin təsirini azaltmaq üçün XÜSUSİ ŞURA yaradır

Kiyev rus dilinin təsirini azaltmaq üçün XÜSUSİ ŞURA yaradır

İsrail yenə Livanı BOMBALADI...

İsrail yenə Livanı BOMBALADI...

Bütün pulunu brend çantalara xərcləyir - VİDEO

Bütün pulunu brend çantalara xərcləyir - VİDEO

Merts Fitsoya: Moskvadan qayıtsın, onu ciddi söhbət gözləyir!

Merts Fitsoya: Moskvadan qayıtsın, onu ciddi söhbət gözləyir!

Azərbaycanda uşaq bağçasının həyətindən meyit tapıldı

Azərbaycanda uşaq bağçasının həyətindən meyit tapıldı

Fermerin 20 ton ot pressi yandı - FOTO/VİDEO

Fermerin 20 ton ot pressi yandı - FOTO/VİDEO

“Qəbələ” – “Qarabağ” görüşündə bərabərlik - VİDEO

“Qəbələ” – “Qarabağ” görüşündə bərabərlik - VİDEO

Lavrov: Ukrayna bu qabiliyyətini itirib ...

Lavrov: Ukrayna bu qabiliyyətini itirib ...

End of content

No more pages to load

RADİO