Dünyanın məşhur "Booking" platformasında Stepanakert adı Xankəndi ilə əvəzlənib.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı erməni saytları məlumat yayıb.
"Bir sıra məşhur saytlarda "Stepanakert" (Xankəndi-red.) adı tanınmır.
Əgər onlayn şəkildə Stepanakertdə bir otel otağı sifariş etmək istəyirsinizsə, otelçiliyə aid olan məşhur xarici saytlarda Xankəndi adını yazmalısınız. Məsələn, dünyaca məşhur "Booking" platformasında Stepanakert əvəzinə Xankəndi yazmalısınız ki, sistem müraciətinizin nə ilə əlaqəli olduğunu başa düşsün. ", - deyə erməni KİV-ləri məlumat yayıb.
Bizim.Media