"Günahkar axtarırsınızsa, bu məsuliyyəti daşımağa hazıram" - Mahir Emreli

“Sabah güclü rəqibə qarşı oynayacağıq. Bizi çətin qarşılaşma gözləyir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Mahir Emreli UEFA Millətlər Liqasının 6-cı turunda sabah İsveçlə keçiriləcək səfər oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

"Nürnberq"də (Almaniya) son oyunlarda qol vuran 27 yaşlı futbolçu sabahkı matçda da bunun üçün çalışacağını bildirib: “Cüzi də olsa, şansımız var (C Liqasında qalmağı nəzərdə tutur - red.). Rəqib bizə yaxşı məlumdur. Uğurlu nəticə qazanmaq istəyirik. Hər bir hücumçunun istəyi qol vurmaqdır. Amma qoldan daha önəmli olan qələbə qazanmaqdır. Qolu kimin vurmasından asılı olmayaraq, əsas yığmanın uğurlu nəticə qazanmasıdır. Sabah mən də qol vurmaq istəyirəm. Klubumda son oyunlarda start heyətdə meydana çıxıram. Məşqçim də mənə güvənir. Hazırda özümü yaxşı hiss edirəm. İnanıram ki, sabah hücumda komandama kömək edə biləcəm”.
 

Slovakiya ilə oyunda qırmızı vərəqə alan və buna görə də Estoniya ilə son matçda komandasına kömək edə bilməyən hücumçu bu barədə sualı da cavablandırıb. O, Qəbələdə Estoniya ilə keçirilən matçda (0:0) millimizin lazım olan qələbəni qazana bilməməsində özünü də günahkar hiss etdiyini deyib: "Son zamanlar bizim oyunumuz yaxşılaşıb. Bu turnirdə də bunu görmək olar.


Hər şeyə baxmayaraq, nəticə yoxdur. Slovakiya ilə səfər matçını çıxmaq şərtilə digər görüşlərdə yaxşı oynamışıq. Statistikaya baxmaq lazımdır. Bəlkə də ən çox hücum etdiyimiz seçmə mərhələdir. Günahkar axtarırsınızsa, mən onun məsuliyyətini daşımağa hazıram. Təbii ki, Estoniya ilə matçda komadama kömək etmək istəyirdim. Çalışacam ki, sabah bunu unutdurum".

Qeyd edək ki, sabah Solnadakı "Strouberri Arena”da keçiriləcək İsveç - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyan niyə sevinclidir, nağara çalır, atılıb-düşür - Nə baş verir?

Paşinyan niyə sevinclidir, nağara çalır, atılıb-düşür - Nə baş verir?

Tramp BMT-ni tənqid etdi

Tramp BMT-ni tənqid etdi

“Nəvəmə Antalyadan ev aldım”

“Nəvəmə Antalyadan ev aldım”

2026-cı ili necə qarşılamaq lazımdır?

2026-cı ili necə qarşılamaq lazımdır?

Çoxmərtəbəli yaşayış binasında yanğın: 60 sakin təxliyə edildi

Çoxmərtəbəli yaşayış binasında yanğın: 60 sakin təxliyə edildi

“Milan” və “Napoli” vacib qələbə qazandı

“Milan” və “Napoli” vacib qələbə qazandı

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Floridada Trampla Zelenski arasında görüş başladı

Floridada Trampla Zelenski arasında görüş başladı

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Kamil Bəşirov vəfat etdi - FOTO

Kamil Bəşirov vəfat etdi - FOTO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

Rutte: “Elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən sonra bir daha hücuma məruz qalmasın”

Rutte: “Elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən sonra bir daha hücuma məruz qalmasın”

End of content

No more pages to load

RADİO