Polşa MiQ-29 qırıcılarını Kiyevə verməyəcək. Rəsmi Varşava bunun qarşılığında şərt qoyub ki, Polşa səması Şimali Atlantika Alyansı tərəfindən qorunmalıdır.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda NATO-nun baş katibi Mark Rutte ilə danışıqlardan sonra bildirib.
Onun sözlərinə görə, Polşanın mütləq zəmanəti olmayana qədər hakimiyyət təyyarələri Ukraynaya ötürə bilməyəcək, çünki bu qırıcılar ölkəyə “təhlükəsizliyi təmin etmək üçün” lazımdır.
Bizim.Media