Çinin Çjuhay şəhərində 62 yaşlı Fan adlı sürücü avtomobili meydançada idman edən insanların üzərinə sürüb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli polis orqanları məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində, 35 nəfəri ölüb, 43 nəfər yaralanıb.
Polis yaşlı sürücünü saxlayıb.
Məlumata görə, hadisə ölkədə önəmli aviasiya sərgisindən sonra baş verib.
İlkin araşdırmalar, maşından tapılan bıçaq və sürücünün boynundakı yaralar onun özünə xəsarət yetirməyə cəhd etdiyi qənaətini yaradıb.
Təxminlərə görə, sürücü boşanma ilə bağlı şəxsi məsələlər üzündən bu addımı atıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Rəna, Bizim.Media