Sahil Babayev BMT İnkişaf Proqramının nümayəndəsi ilə görüşdü

“Azərbaycan beynəlxalq səviyyədə tanınmış öz ərazilərini Ermənistanın işğalından azad etməklə BMT-nin qətnamələrinin icrasını təmin edir. Hərbi əməliyyatlar Azərbaycanın öz ərazisində aparılır. Dövlət səviyyəsində terror siyasəti həyata keçirən Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə irimiqyaslı terror hücumları edilməsinə baxmayaraq, Azərbaycan Ordusu mülki əhalini heç zaman hədəfə almır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev BMT İnkişaf Proqramının (BMT İP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşündə vurğulayıb.

Nazir təcavüzkar Ermənistanın 30 ilə yaxındır BMT-nin 4 qətnaməsinə məhəl qoymadan Azərbaycan ərazilərini işğalda saxlamaqda davam etdiyini və sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təxribat törətdiyini deyib.

O, bildirib ki, həmin vaxtdan 3 dəfə humanitar atəşkəs elan olunmasına baxmayaraq, hər dəfə atəşkəs Ermənistan silahlı qüvvələri tərəfindən kobud şəkildə pozulmaqla, Azərbaycanın cəbhədən uzaq və heç bir hərbi obyekt yerləşməyən yaşayış məntəqələri, mülki əhalisi ağır artilleriya atəşlərinə, raket hücumlarına məruz qalıb.

Ermənistanın bu müharibə cinayətləri nəticəsində Azərbaycan tərəfindən  içərisində uşaqlar, qadınlar, yaşlılar da olmaqla 92 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb, 504 mülki obyekt, 100 çoxmənzilli yaşayış binası, 3064 yaşayış evi yararsız vəziyyətə düşüb.

Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısından, sosial sahədə innovativ həllərin tətbiqinin genişlənməsinə xidmət edən son islahatlardan bəhs edən S.Babayev həssas əhali qruplarına dövlət qayğısının daim artmaqda olduğunu deyib.

Nazir, eyni zamanda, pandemiya dövründə geniş miqyasda reallaşdırılan sosial dəstək tədbirlərindən bəhs edib.

O, BMT İP ilə Nazirliyin birgə icra etdiyi “Sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsinin əlilliyi olan şəxslərin özünüməşğulluğuna önəmli dəstəyini diqqətə çatdırıb. Layihə üzrə 500 nəfər əlilliyi olan şəxsin kiçik biznesinin qurulması işləri aparıldığını deyib.

Eləcə də Nazirliyin  BMTİP və BMT Əhali Fondu ilə birgə layihəsi olan “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması” layihəsi üzrə artıq aktivlərlə təmin olunma prosesinin aparıldığını deyib.

Görüşdə qeyd edilən layihələrin icra vəziyyəti və görüləcək işlər, pensiya islahatı işinin nəzərdən keçirilməsi və təhlili, COVID-19 pandemiyasının Azərbaycanda məşğulluq və əmək bazarına təsirinin qiymətləndirilməsi məsələləri müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda qardaşlar TUTULDU – FOTO

Bakıda qardaşlar TUTULDU – FOTO

Anomal istilər həşəratları vaxtından əvvəl “oyandırdı” – Çəyirtkələrin qarşısı alınmasa, nə baş verə bilər?

Anomal istilər həşəratları vaxtından əvvəl “oyandırdı” – Çəyirtkələrin qarşısı alınmasa, nə baş verə bilər?

Bu qurumların nəqliyyat vasitələri hərraca ÇIXARILIR

Bu qurumların nəqliyyat vasitələri hərraca ÇIXARILIR

Faciəli şəkildə həyatını itirən FHN əməkdaşı dəfn edildi – FOTO

Faciəli şəkildə həyatını itirən FHN əməkdaşı dəfn edildi – FOTO

“Karvan-Yevlax” “Araz Naxçıvan”a qarşı

“Karvan-Yevlax” “Araz Naxçıvan”a qarşı

Salyandakı faciədən saniyələr əvvəl: FHN əməkdaşlarının SON GÖRÜNTÜLƏRİ

Salyandakı faciədən saniyələr əvvəl: FHN əməkdaşlarının SON GÖRÜNTÜLƏRİ

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Əjdər Cəfərov yüksək vəzifəyə TƏYİN EDİLDİ – DOSYE

Əjdər Cəfərov yüksək vəzifəyə TƏYİN EDİLDİ – DOSYE

Cəbrayılda güclü YANĞIN – VİDEO

Cəbrayılda güclü YANĞIN – VİDEO

Tarix açıqlandı: 100 milyon kiloqramlıq qalıq Yer kürəsinə düşəcək

Tarix açıqlandı: 100 milyon kiloqramlıq qalıq Yer kürəsinə düşəcək

Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsinin həbs müddəti UZADILDI

Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsinin həbs müddəti UZADILDI

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTIB

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTIB

KİV: Xamenei öldürülə bilər - Tramp planı nəzərdən keçirir

KİV: Xamenei öldürülə bilər - Tramp planı nəzərdən keçirir

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı TƏSDİQLƏNDİ

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı TƏSDİQLƏNDİ

Xalq artistinin oğluna vəzifə verildi - Rütbəsi artırıldı

Xalq artistinin oğluna vəzifə verildi - Rütbəsi artırıldı

Velosiped sürənlərə XƏBƏRDARLIQ - Bu halda 70 manat CƏRİMƏLƏNƏCƏKLƏR

Velosiped sürənlərə XƏBƏRDARLIQ - Bu halda 70 manat CƏRİMƏLƏNƏCƏKLƏR

"Bəyənmədim, bunu etmək üçün gecikib"

"Bəyənmədim, bunu etmək üçün gecikib"

Üç gün sonra İLK çərşənbəni qeyd edəcəyik

Üç gün sonra İLK çərşənbəni qeyd edəcəyik

Rusiyada qəzaya uğramış helikopter və həlak olan üç şəxsin meyiti TAPILDI - FOTO

Rusiyada qəzaya uğramış helikopter və həlak olan üç şəxsin meyiti TAPILDI - FOTO

Salyanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü yenidən TUTULDU

Salyanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü yenidən TUTULDU

Yeni başlanğıc üçün ən şanslı BÜRCLƏR

Yeni başlanğıc üçün ən şanslı BÜRCLƏR

Sumqayıt-Laçın reysi fəaliyyətə BAŞLAYIR – Gedişhaqqının QİYMƏTİ

Sumqayıt-Laçın reysi fəaliyyətə BAŞLAYIR – Gedişhaqqının QİYMƏTİ

“İranı dərhal tərk edin” - Daha iki ölkədən çağırış

“İranı dərhal tərk edin” - Daha iki ölkədən çağırış

Yanan avtomobili söndürərkən faciəli şəkildə həyatını itirən FHN əməkdaşının FOTOSU

Yanan avtomobili söndürərkən faciəli şəkildə həyatını itirən FHN əməkdaşının FOTOSU

End of content

No more pages to load

RADİO